ABŞ ərazisində qanunlar öz məhsulunun rəqib məhsulları ilə açıq müqayisəsinə qadağa qoymurlar. Buna görə də, istehsalçılar reklam çarxlarında rəqiblərinə «sataşmağa» çəkinmirlər.
Microsoft Surface Pro 4-ün yeni reklam çarxırnda yenidən öz cihazını Apple noutbuku ilə müqayisə edib. Əsas üstünlüklər kimi Surface Pro 4-ün sensor display və qələm yazılışı imkanına malik olması, MacBook-la müqayisədə daha yüngül, daha nazik və daha güclü olması təqdim edilib. Reklam çarxının sloqanı: «Surface daha artığına qadirdir. Tam sənin kimi.»