Twitter-in Çin versiyası «Weibo»-da mühəndis nümunəsi olan iPhone 7-nin işlək vəziyyətdə şəkil və videosu yerləşdirilib.
Şəkillər bütün edilən təxminləri təsdiqləyib: qulaqcıqlar üçün ayrıca yuva yoxdur, ikili dinamiklər mövcuddur, əsas kamera böyüdülüb.
Qeyd edək ki, iPhone 7 Apple smartfonlarının 10-cu nəsil cihazı olacaq. Dizaynda əsas dəyişiklik qulaqcıqlar üçün yuvanın olmaması olacaq, irimiqyaslı dizayn dəyişikliyinin isə 2017-ci ildə, Apple iPhone smartfonlarının 10 illiyini qeyd edərkən olacağı gözlənilir.