spot_img
23 апреля, 2024
ДомойТехнологииСмартфоныIFA 2016: Acer yeni Liquid Z6 və Z6 Plus smartfonlarını təqdim edib

IFA 2016: Acer yeni Liquid Z6 və Z6 Plus smartfonlarını təqdim edib

IFA 2016 sərgisi üçün Acer şirkəti baha olmayan yeni Liquid seriyalı smartfonları təqdim edib.

Kiçik model olan Liquid Z6 5-düymlük HD ekran, 2 və 8 meqapiksellik kameralar, MediaTek MT6737 tipli 4 nüvəli prosessor, 1 GB əməliyyat və 8 GB daxili yaddaş ilə təchiz edilib.

Digər model, Acer Liquid Z6 Plus isə arxa metal paneli ilə seçilir. 5.5-düymlük Full HD ekrana malik bu smartfon 5 və 13 meqapiksellik kameralar ilə təchiz olunub. 8 nüvəli MediaTek MT6753 tipli prosessor 3 GB əməliyyat yaddaşı və 32 GB daxili yaddaş ilə birlikdə cihazın fəaliyyətini qüsursuz edir. Qeyd etmək lazımdır ki, smartfonun batareyası da olduqca həcmlidir — 4080 mAh.

Hər iki smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi ilə çalışacaq. Z6 modelinin qiyməti 130 dollar, Z6 Plus modelinin qiyməti isə 180 dollar təşkil edəcək.

Acer Liquid Z6 Plus

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -