spot_img
20 апреля, 2024
ДомойТехнологииLG üç yeni geniş formatlı monitor təqdim edir

LG üç yeni geniş formatlı monitor təqdim edir

IFA 2016 sərgisi çərçivəsində LG şirkəti üç yeni geniş formatlı monitor təqdim edəcək. Hər bir monitor 21:9 ölçüləri ilə yanaşı yüksək qiymətə də malikdir. Lakin monitorlar qiymətlərinə uyğun olaraq xüsusiyyətlərə də sahibdirlər.

Ən baha yeni monitor 1500 dollara satışa çıxarılacaq olan LG 38UC99-dur. İstehsalçı bu məhsulu ən iri əyilmiş displeyə malik monitor kimi təqdim edir. 38-düymlük 3840×1600 ekran və USB-C yuvası bu monitorun özəllikləri sırasındadırlar.

LG 34UC79G modeli 34-düymlük ekrana sahibdir. Bu modelin xüsusiyyəti yüksək tezlikli yeniləmədir (144 Hhz). Monitor AND FreeSync texnologiyasını da dəstəkləyir və 700 dollara təqdim olunur.

Lg

LG 34UM79M modeli də 34-düymlük ekrana sahibdir və Google Cast servisini dəstəkləyərək Netflix məzmununu və digər sənədləri eyni anda izləmək imkanını yaradır. Cihazın qiyməti 600 dollar təşkil edəcək.

Qeyd edək ki, hər üç cihaz Sentyabr-Noyabr aylarında satışa çıxarılacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -