Bloomberg məlumat verir ki, yeni versiyada klaviaturanın alt hissəsində sensor panel yerləşdiriləcək, hansı ki, üst düymələri əvəz edəcək. Hal-hazırda onlar səs dərəcəsi, musiqi aktiv edilməsi və ekran işıqlanmasının tənzimlənməsinə cavabdehdirlər.
Yeni MacBook Pro Touch ID skaneri ilə də təchiz ediləcək. Barmaq izi skanerinin sensor panelin yanında yerləşdiriləcəyi gözlənilir. Digər yeniliklər: USB Type-C, AMD Polaris qrafik sürətləndiricisi, böyük taçpad və daha nazik dizayn.