LG və Huawei istehsalı olan populyar Nexus modelləri tezliklə HTC brendi altında satışa çıxarılacaq. Yeni Nexus-ların kod adları Marlin və Sailfish olacaq. İstehsal ediləcək smartfonların görüntüləri AndroidPolice nəşriyyatı tərəfindən mətbuata yayılıb.
Güman edilir ki, yeni HTC Nexus S1 və Nexus M1 modelləri müvafiq olaraq 5 və 5.5 düymlük ekranlarla təchiz ediləcək. Smartfonların korpusları «metal + şüşə» və yaxud «metal + plastik» formulu ilə istehsal edilə bilər. «Böyük» model Snapdragon 821, «kiçik» model isə Snapdragon 810 tipli prosessorlarla təchiz ediləcək. Flaqman tipli Nexus-un operativ yaddaşı (RAM) 4 GB təşkil edəcək, ekran QuadHD tipli olacaq, batareya isə 3450 mAh təşkil edəcək. Smartfonların təqdimat mərasimi cari ilin Avqust ayında təşkil olunacaq.