Seedstars World müsabiqəsində Azərbaycanı «Kvotter» layihəsi təmsil edəcək
Azercell-in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 18 iyunda Qafqaz Universitetinin Texnoparkında növbəti dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçirilib. Azercell, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə yanaşı PAŞA Bank və QU Technopark dəstəyi ilə keçirilən tədbir TechNote tərəfindən canlı yayımlanıb. Münsiflərin səsverməsi nəticəsində 2017-ci ildə Azərbaycanı Seedstars World müsabiqəsində təmsil edəcək qalibin adı açıqlanıb. Beləliklə 2017-ci il İsveçrədə dünyanın ən yaxşı startapı adını almaq uğrunda «Kvotter» layihəsi yarışacaq. Seçimlər nəticəsində II yerin qalibi » Food look», III yerin sahibi
İsə «Keep Face» olaraq müəyyənləşiblər.
Ikinci yerin qalibi Huawei şirkəti tərəfindən təqdim olunan mobil telefon cihazlarını,III yerin sahibi isə Barama-dan hədiyyələr qazanıb.
Məlumat üçün bildirək ki, yerli yarışmanın qalibi seçilən startup qlobal “Seedstarsworld’də ölkəsini təmsil etmək üçün İsveçrəyə bütün xərclər qarşılanmaqla səyahət edir. Ən əsası qalib layihə investisiya uğrunda qlobal startuplar ilə mübarizə aparır.
Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom MMC bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.
Qeyd edək ki, bu ildən Seedstars World müsabiqəsində yaradılan yeni STARS istiqaməti səyahət və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını göstərmək imkanı yaradır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.