İstənilən IT-şirkət gələcək işçilərinin bilikli və bacarıqlı olmasında maraqlıdır. Google və Apple istisna deyil. WWDC 2016 konfransında Apple Swift Playgrounds layihəsini təqdim etmişdi, hansı ki, uşaqlara proqramlaşdırmanın əsaslarını öyrədəcək. Google geri qalmayaraq Project Bloks adlı layihəyə start verdi. Bu layihədə xüsusi apparat platforması tərtib ediləcək və onun köməyi ilə tərtibatçılar konstruktora bənzər bloklar hazırlayaraq uşaqlara proqramlaşdırmanın sadə yolla izah olunmasını təmin edəcəklər.
Bu tip blokların köməyi ilə uşaqlar asanlıqla alqoritmlərin yaranma prinsiplərini başa düşəcək və gələcəkdə kodların yazılmasında çətinlik çəkməyəcəklər. Bloklar çox sadə konstruksiyaya malikdirlər və onların köməyi ilə uşaqlar evdəki ötürcüləri idarə edə, musiqi yarada, robotları proqramlaşdıra biləcəklər.