Google şirkəti Android əməliyyat sistemini yaratdı və müxtəlif istehsalçılar üçün əlçatan etdi. Lakin bu əməliyyat sisteminin fraqmentasiya və optimal fəaliyyəti ilə bağlı bəzi problemlər yaranır, çünki hər bir smartfon istehsalçısı Android-i öz məhsuluna uyğun olaraq modifikasiya edir. The Telegraph bildirir ki, artıq bu il Google öz əməliyyat sistemi Android ilə çalışan ilk smartfonunu istehsal edə bilər. Sözsüz ki, Android həvəskarları üçün bundan yaxşı xəbər ola bilməzdi. Düzdür, Nexus smartfonları bu baxımdan sevilən smartfonlardan olsalar da, onlar LG və Huawei kimi istehsalçılar tərəfindən hazırlanır. Google isə bir növ Apple şirkətinin yolunu gedərək öz əməliyyat sistemi üzərində çalışan smartfon istehsal etmək istəyir, çünki belə smartfon optimallıq və ümumi performans baxımından çox güclü bir cihaza çevrilə bilər.