spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныAnTuTu versiyasına görə 2016-cı ilin ən güclü smartfonları

AnTuTu versiyasına görə 2016-cı ilin ən güclü smartfonları

Maraqlıdır ki, artıq 6 GB-dək operativ yaddaş (RAM) təklif edə bilən Çin istehsalçılarının smartfonları 2016-cı ilin ən güclü cihazları reytinqində yüksək sıralarda yer alıblar.

AnTuTu testinə görə ilk üçlükdə az tanınmış Çin brendlərinin flaqmanları qərarlaşıblar. Onlar reytinqdə Samsung, Huawei və LG kimi nəhəng şirkətləri geridə qoya biliblər. «Qızıl», «Gümüş» və «Bürünc» mükafatlara müvafiq olaraq Vivo-nun təqdim etdiyi Xplay 5 Elite, LeEco-nun Max 2 və ZUK-un istehsal etdiyi Z2 Pro smartfonları sahib çıxıblar. Hər üç cihaz Snapdragon 820 prosessoru və 6GB RAM ilə təchiz olunub. 4-cü sırada Snapdragon 820 prosessoru və 4 GB RAM dəstəyi olan Xiaomi Mi 5 yer alıb.

Bestperformance2016

Qeyd edək ki, 2016-cı ilin ümümən ilk rübünün AnTuTu-ya görə reytinqi belədir:

Rating

AnTuTu yaradıcıları qeyd ediblər ki, bəzi smartfonlar reytinqdə yer ala bilməyib. Səbəb kimi o göstərilir ki, reytinqə düşmək üçün cihaz ən az 2000 dəfə test edilməlidir. Çox güman ki, may ayında təqdim olunmuş HTC 10 smartfonu bu səbəbdən reytinqdə yer ala bilməyib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -