YouTube şirkəti Unplugged ödənişli-televiziya servisi üzərində çalışır, hansının ki internet vasitəsi ilə kabel kanallarına çıxışı mümkün olacaq. Bloomberg məlumat verir ki, şirkət bu planlarını bazarın Comcast, Viacom, 21st Centure Fox və CBC kimi iri üzvləri ilə müzakirə edib, yalnız heç bir anlaşma imzalanmayıb. Proektin startı 2017-ci ilə planlaşdırılıb. Keçən il YouTube artıq ödənişli YouTube Red funksiyasını təqdim etmişdi, hansı ki videoları reklamsız izləmək imkanını yaradırdı.
Əldə olunan məlumatlara əsasən Apple və Amazon şirkətləri də öz şəxsi onlayn-televiziyalarını açmağı planlaşdırırlar.