Zug şəhər Bələdiyyəsi kommunal xərclərin bitkoinlərlə ödənilməsini qanuniləşdirmək barədə qərar verib.
“Biz Bitcoin-lə yeni texnologiyalar barədə danışıqlara açıq olduğumuzu bildirdik. Maliyyə texnoloji sektorunun şirkətlərini də öz ideyalarını bizimlə bölüşməyə dəvət edirik”, — deyə şəhər meri Dolfi Müller bildirib.
Kiçik Zug qeyri-adi bir şəhərdir – burada maliyyə texnologiyalarında ixtisaslaşmış 15 şirkət fəaliyyət göstərir. Artıq burada maksimum 205 dollar məbləğində rəqəmsal kriptovalyuta ilə ödəniş etmək mümkündür. Gələcəkdə bu məbləğin artacağı da gözlənilir.
Ola bilər ki, kriptovalyutaya keçid İsveçrə Mərkəzi Bankının təyin etdiyi əlverişsiz faiz dərəcələrinin mənfi effektini azaltmağa imkan yaradacaq.