Məşhur rəssamların şəkillərini gələcək nəsillər üçün qorumaq məqsədi ilə Google şirkəti robotlaşdırılmış Art Camera tərtib edib. O, dünya incəsənətinin şah əsərlərini gigapiksellik genişlənmə ilə rəqəmsallaşdırmağa imkan yaradır. Daha əvvəl bü cür detallaşdırılmış şəkilləri əldə etmək üçün Google Cultural Institute komandası bütov bir gün sərf edirdi, indi isə proses təxminən 30 dəqiqə davam edir. Hal-hazırda art-proektin qalereyasında 200-ə yaxın yüksək keyfiyyətli görüntüyə malik əsər mövcuddur.
Art Camera şəkilin müxtəlif hissələrini lazer və sonar vasitəsi ilə çəkir. Bütün materiallar Google serverlərinə göndərilir və orada kadrlar bir gigapiksellik görüntüyə birləşdirilir. Belə şəkillərdə adi gözlə görünməyən detallar və rəssamın imzalarını ayırd etmək mümkündür. Hal-hazırda 20 belə kamera tərtib etmiş Google şirkəti cihazları bütün dünya üzrə məşhur muzey və qalereyalara əsərlərin rəqəmsallaşdırılması üçün göndərəcək.