spot_img
22 ноября, 2024
ДомойAVФототехникаEkşn-kameralar ilə düzgün çəkiliş qaydası (təlimat)

Ekşn-kameralar ilə düzgün çəkiliş qaydası (təlimat)

Artıq 2016-cı ildir və hər kəs bütün qəlb və canları ilə özlərini ifadə etməyə çalışır. Hamı hansısa bir yenilik ərsəyə gətirmək və ya unikal bir şey həyata keçirmək istəyir, son on illikdə sosial şəbəkələrin yayılması ilə isə onları bütün dünya ilə paylaşmaq xəyalları da yaranır. İdman həmişə olmuşdur, var və yəqin ki, hələ uzun müddət özünü ifadə etməyin ən müxtəlif və qabaqcıl vasitələrindən biri kimi qalacaq, ekşn-kameralar isə öz idmanını göstərmək üçün ideal variant olacaq.

Bizim bügünkü məqalə üç vacib aspektə həsr olunacaq, hansıların ki köməyi ilə həyatınızın unudulmaz anları haqqda hətta təcrübə olmadan belə mükəmməl video çarxlar çəkə biləcəksiz.

Rakurs

Ekşn-kamera ilə çəkiliş dedikdə anlamaq vacibdir ki, bu cihazlar gözəl təbiət və mənzərəli yerləri təqdim etmək üçün nəzərdə tutulmayıb. Bu qurğuların imkanları özlərindən dinamik hadisələrin çəkilişini ifadə edir, hansılarda ki əsas qəhrəman rolunda təbiət estetikası deyil, siz ozünüz yer alırsız.

  • Çalışın ki, kadrlarda ətraf mühitlə yanaşı ən çox siz görünəsiz. Ətraf mühitlə öz hərəkətlərinizin nümayişi arasında bir növ balans tapın. Beləcə şəkil daha həyəcanverici və cəlbedici olacaq.
  • Çəkiliş üçün müxtəlif mövqelər seçin. Təcrübə göstərir ki, kameranın “alına” bərkidilməsi heç də yaxşı variant hesab olunmur. Çəkiliş zamanı kameranı idman alətlərinizin üzərinə bərkidə bilərsiz və ya dostunuzdan müxtəlif rakurslardan çəkiliş üçün kömək istəyə bilərsiz.
  • İmkan daxilində monopod (selfie-video) istifadə edin
  • Süjeti yalnız bir rakursda çəkməyin

Operator işi

Bu cür kiçik ölçülü cihazlar ilə operator işi haqqında danışmaq bəlkə də sizə qəribə gəlir, yalnız bu kameraların çoxsaylı çəkiliş strategiyaları var.

  • Stabil görüntü istəyirsiz? Bir monopod alın və “çevrilmiş” şəkildə elə çəkin ki, qısqac və teleskopik boru kameranın üzərində mövqe alsın. Qalan hər şeyi sizin yerinizə qravitasiya həll edəcək.
  • Ətraf mühiti hərəkət zamanı nümayiş etdirmək istəyirsiz? Elə həmin teleskopik tripodun köməyi ilə ətrafınızı dairəvi çəkin.
  • Video çarxınızı maraqlı etmək istəyirsiz? Çalışın ki, müxtəlif rakurslardan çoxlu kadr əldə edəsiniz. Kvadrokopter və helikopter kimi uçan cihazların sayəsində ekşn-kameraların potensialı üzə çıxır və hava çəkilişi ilə unudulmaz video çarxlar alına bilər.

Səs və video montaj

Əlbəttə ki, mükəmməl video çarxın hazırlanmasında düzgün video və səs montajı ən vacib amillərdən biridir. Onlar olmadan ən gözəl rakurs, mənzərə və ya qeyri-adi hərəkətlər belə sizin video çarxı fərqləndirməyəcək. Video çarxın maraqlı, baxımlı və həyəcanverici olması üçün ən effektiv vasitə musiqidir. Bəli, musiqili video çarx izləyicilər üçün bir növ video-şou təssuratı yaradacaq.

  • Uzun və sıxıcı keçidlərdən istifadə etməyin. Sizin video dinamik olmalıdır.
  • İzləyicini daim həyəcanda saxlamağa çalışın və beləcə video çarxınızı maraqlı və gözlənilməz edin. Musiqidən düzgün istifadə edin: uyğun bir musiqi tapın və həmin musiqini hərəkətlərinizə uyğun olaraq montaj edin.
  • Video çarxlarınızda hərəkətlərinizi izləyiciyə tam çatdırmaq üçün slow-motion (görüntünün yavaşlanması) və freeze-motion (görüntünün dondurulması) rejimlərindən istifadə edin.
  • Nəhayət, unutmayın ki, hər bir hərəkətinizi müxtəlif rakurslardan çəkməlisiniz və video çarxda düzgün ardıcıllıq ilə nümayiş etdirməlisiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -