Videobloqer EverythingApplePro iPhone-un bütün modellərini sınaqdan keçirərək onların ümümi işləmə keyfiyyətini nümayiş etdirib.
Sınaq üçün iPhone 2G, 3G, 3GS, 4, 4s, 5, 5c, 5s, 6, 6 Plus, 6s, 6s Plus və SE modelləri istifadə olunub. Bütün smartfonlarda eyni anda işə salma komandası verilib. Bu, hansı iPhone-un daha tez aktiv olunduğunu göstərməklə yanaşı smartfonların işləmə sürətini də aydın şəkildə nümayiş etdirib.
Gözlənildiyi kimi qaliblər Apple-ın ən yeni məhsulları olan iPhone SE, 6s və 6s Plus modelləri oldu. Köhnə iPhone 2G modeli də gözlənilmədən daha güclü rəqiblərini arxada qoyaraq daha tez aktiv olub. Lakin smartfonun aktiv olunma sürəti ilə onun ümümi işləmə keyfiyyətini ölçmək olmaz. Buna görə də bloqer iPhone-nun bütün modellərini Geekbench 3 testində sınaqdan keçirib.
Sınağın nəticələri:
iPhone SE – 2550/4445
iPhone 6s Plus – 2548/4423
iPhone 6s – 2540/4398
iPhone 6 Plus – 1613/2883
iPhone 6 – 1624/2922
iPhone 5s – 1407/2359
iPhone 5c – 697/1260
iPhone 5 – 709/1277
iPhone 4s – 217/411
iPhone 4 – 212/212
iPhone 3GS – 156/154
iPhone 3G – 139
iPhone 2G – 143
Wi-Fi ilə işləmə sürətində və brauzerin ümumi keyfiyyət testində iPhone SE, 6s və 6s Plus modelləri lider olub. Bundan başqa Apple-ın son 3 modelləri ən güclü səs dinamikləri ilə də fərqləniblər: müvafiq olaraq 99.6, 97.8 və 98.4 DB.