spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныYeni Huawei P9, P9 Plus və P9 Lite flaqman smartfonlarının təqdimatı keçirilib

Yeni Huawei P9, P9 Plus və P9 Lite flaqman smartfonlarının təqdimatı keçirilib

Bu gün Londonda və Pekində Huawei P9 və P9 Plus flaqman smartfonlarının öncədən planlaşdırılmış təqdimatı keçirilib. Şayiələr təsdiqləndi, smartfonlar Leica şirkəti ilə birlikdə hazırlanan ikili 12 meqapikselli kamera ilə təchiz edilib. Bu kameralarda Leica Summarit H 1:2.2/27 optikasından istifadə olunub. Bundan əlavə lazer avtofokus və ikiqat flash kameraların təchizatına daxildir. Smartfonlarda ön kamera 8 meqapiksellidir. Hər iki flaqmanın arxa hissəsində barmaq izi skaneri yerləşdirilib. Bundan əlavə smartfonlar simmetrik USB Type-C bağlayıcıları, LTE (4G-şəbəkə) və Wi-Fi (802.11b/g/n/ac) ilə təchiz edilib. Smartfonlar EMUI 4.1 örtüklü Android 6.0 Marshmallow əməliyyat sistemi əsasında çalışır.

Huawei P9 və P9 Plus flaqmanlarında ənənəvi olaraq metal korpusdan istifadə olunub. P9 smartfonunun qalınlığı 6.95 mm təşkil edib (şirkət bu xususiyyətdə əsas rəqibləri Samsung Galaxy S7 və iPhone 6S modellərini qabaqlayaraq daha nazik smartfon təqdim edib). Smartfon 5.2 düym ölçüsündə Full HD IPS-ekran ilə təchiz olunub. Bundan əlavə flaqmanda özünəməxsus 8 nüvəli Kirin 955 prosessoru quraşdırılıb. Standard versiyada operativ yaddaş (RAM) 3 GB, flash-yaddaş isə 32 GB, Premium versiyada isə bu göstəricilər müvafiq olaraq 4 GB və 64 GB təşkil edəcək. Akkumulyatorun həcmi 3000 mAh, smartfonun ümumi ölçüləri isə 145х70.9х6.95 mm olaraq təqdim edilib.

Huawei P9 4

Daha böyük flaqman sayılan P9 Plus isə 5.5 düym ölçüsündə Full HD Super AMOLED-ekran ilə yanaşı Press Touch (ekrana toxunma gücünü müəyyən edən) texnologiya ilə də təchiz edilib. Prosessorun P9 ilə anoloji olmasına baxmayaraq, P9 Plus Standard versiyasında 4 GB operativ yaddaş (RAM) və 64 GB flash-yaddaş, P9 Plus Premium versiyasında isə 4 GB operativ, 128 GB flash-yaddaş vardır. Akkumulyatorun həcmi 3400 mAh, smartfonun ümumi ölçüləri isə 152.3х75.3х6.98 mm təşkil edib.

Huawei Huawei

Huawei P9 Lite isə ikili kamera və Type-C USB bağlayıcısından məhrum edilib. Bunun əvəzinə smartfonda bir 13 meqapikselli kameradan istifadə olunub. Full HD IPS-ekranın ölçüsü 5.2 düym təşkil edib. Flaqmanın özünəməxsus 8 nüvəli Kirin 650 prosessoru vardır. Operativ yaddaş (RAM) modelindən asılı olaraq 2 GB və 3 GB ola bilər, daxili yaddaş isə 16 GB təşkil edir. Akkumulyatorun həcmi 3000 mAh, smartfonun ümumi ülçüləri isə 146.8х72.6х7.5 mm təşkil edib. İnterfeys, əməliyyat sistemi və digər parametrlər P9 və P9 Plus modeli ilə anolojidir.

Apparatların satışa Aprel-May aylarının sonlarında çıxarılacağı deyilir. Qiymətlərə gəldikdə isə, Avropada P9 Standard (3 GB RAM, 32 GB flash-yaddaş) 599 avro, Premium versiya isə (4 GB RAM, 64 GB fleş-yaddaş) 649 avro təşkil edəcək. P9 Plus smartfonunun isə 64 GB daxili yaddaş versiyası 749 avroya satışa çıxarılacağı deyilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -