Elə istifadəçilər var ki, hələ də Windows 7 və ya 8.1 versiyalı əməliyyat sistemlərindən istifadə edir və daha yeni versiyalara keçmək istəmir və buna tutarlı səbəbləri də var.
Windows 7 təhlükəsizlik yenilənməlirini 2020-ci ilin yanvarınadək, Windows 8.1-də isə 2023-cü ilin iyulunadək qəbul edəcək. Ancaq Microsoft istifadəçilərini hər dəfəsində köhnə sistemləri Windows 10-a keçirdmək cəhdləri ilə sinirləndirir. Məcburi yenilənmənin qarşısını almaq üçün reyesterdə 2 dəyişiklik etmək gərəkdir:
- “Regedit”-i aktiv edin və aşağıdakı yazıya keçin:
«HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows»
Daha sonra mausun sağ düyməsinə klikləyərək yeni «WindowsUpdate» bölməsini əlavə edin (əgər belə bölmə yoxdursa). Bu bölmədə yeni DWORD «DisableOSUpgrade» parametrini yaradın və ikili kliklə onun üçün “1” dəyərini seçin.
- Yenilənmə barədə ismarıcları ləğv etmək üçün
«HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\Gwx»bölməsində yeni DWORD «DisableGWX» parametrini yaradın.
Heçnəyə baxmayaraq Microsoft yenilənmə mexanizmini dəyişməkdə davam edir. Ona görə də ən güvənli müdafiəni GWX Control Panel proqramı təqdim edir, hansı ki yenilənmə prosesini kəsintisiz aktiv rejimdə idarə edir.