IDC analitik şirkəti proqnoz edir ki, önümüzdəki 5 ildə virtual reallıq cihazları bazarı stabil inkişaf edəcək. Satış həcmi kəskin inkişaf edəcək cihazlar arasında Samsung Gear VR, Huawei VR, Oculus Rift və HTC Vive dəbilqələri, Playstation VR və s. kimi cihazlar var.
Proqnozda qeyd edilib ki 2020-ci ilədək virtual reallıq cihazları bazarının həcmi 64.8 milyona çatacaq, orta illik artım tempi isə 183% təşkil edəcək. IDC qeyd edir ki, genişlənmiş reallıq cihazları bazarında isə bu il 400 min cihaz satışa çıxarılacaq və 2020-ci ilədək bu rəqəm 45.6 milyona çatmış olacaq. Orta illik artım tempi isə 190% təşkil edəcək.