spot_img
22 ноября, 2024
ДомойSoftwareИгрыHomeworld: Deserts of Kharak

Homeworld: Deserts of Kharak

Homeworld (Doğma Dünya) oyununun birinci buraxılışı ilə tanış olanlar Kuşan irqinin uzun evə dönüş yolunun haradan başladığını yaxşı xatırlayırlar. Qalaktikanın ən uzaq künc-bucağında səfalət içində yaşayan kosmik qaçqınlar həyat üçün əlverişli torpaqların sürətlə azalmasına, müharibələrin davam etməsinə görə çöllərdə ölümə məhkum qalıblar. Lakin gözlənilmədən onlar süni peyk vasitəsilə Xarak planetinin ekvatorial səhrasında, qumluqların ən qızmar bölgəsində qeyri-adi bir tapıntıya rast gəlirlər. Həmin tapıntı qədim kosmik gəmi və içindəki «yolgöstərən daş»dır. Bu daş kuşanlara vaxtilə heybətli bir güc tərəfindən qovulduqları doğma dünyalarının yolunu göstərir.

Homeworld: Deserts of Kharak

Kosmik gəmidə tapdıqları texnologiyalar sayəsində səhra sakinləri doğma diyara qayıtmaq üçün nəhəng kosmik gəminin tikintisinə başlayırlar. Orijinal Homeworld oyunu elə bu andan, yəni, gəmi səyahətindən başlayır. Deserts of Kharak (Xarak səhraları) oyununda isə söhbət həmin əsrarəngiz tapıntının yolunu tutan ekspedisiyadan gedir. Bütün məsələ məhz bu ekspedisiyanın uğurundan asılıdır. Qalaktik boşluqların yerinə burada qumlu səhra, kosmik gəminin yerinə isə yerüstü texnika və təyyarələr görürük.

Homeworld: Deserts of Kharak

Oyunçudan tələb olunan Kapisi adlı hərəkət edən nəhəng vasitəni idarə etməkdir. Bu vasitə həm də müxtəlif təyinatlı texnika, o cümlədən, hərbi, köməkçi, istehsalçı və s. maşınlar istehsal edən zavod funksiyasını yerinə yetirir. Texnikanın bol olduğunu demək mümkün deyil. Ekspedisiyada iştirak edən iki fraksiyadan hər birinin sərəncamında cəmi 15-20 texnika vahidi var ki, bunların əksəriyyəti hava texnikasıdır. Hava texnikası ilə sürətli hücuma keçmək nisbətən daha asandır, özünü müdafiə etmək isə bundan da asan. Oyunda qarşımıza bütün atributları ilə klassik RTS çıxır: iki tip resurs, onlardan istehsal olunmuş hərbi texnika, bir sıra yaxşılaşdırmalar, nəhayət, «vahidlərin» əlavə imkanları. Vahid baza və zavod rolunu əlbəttə ki, əsas gəmi oynayır.

Homeworld: Deserts of Kharak

Elə bir təəssürat yaranır ki, sanki yaradıcı heyət riskdən çəkinərək oyun strategiyasını sınaqlardan çıxmış, çoxsaylı məhdudiyyətlərlə dolu şablon üzrə qurublar. Siz planet xəritəsində özbaşına yol seçə bilməzsiniz. Bunun əvəzində oyunçuya ardıcıl missiyalar silsiləsi təklif olunur. Burada nə qarşısına çıxıb hər şeyi darmadağın edən, dolayı yollar axtarmağa vadar edən tufanlarla rastlaşmayacaq, nə də texnikanın sensorlarını sıradan çıxardan səhra istisini hiss etməyəcəksiniz. Ssenaridə çox şeyləri təcəssüm etmək olardı. Yaxınlaşdıqca, zəif qrafikanın qüsurları da bariz şəkildə gözə dəyir. Əsl strategiya fanatları axtardıqlarını burada çətin ki, tapsınlar. Üstəlik, bütün kampaniyanı başdan başa keçmək üçün dəhşət dərəcədə az vaxt tələb olunur.

Homeworld: Deserts of Kharak

Yaxşı, həqiqətən də hər şey bu dərəcədə bərbaddır? Nə qədər təəccüblü gəlsə də, oyunu «xilas» edən onun anturajı və süjetidir. Fədakarlıq və xəyanət, bütün irqi xilas etmək ümidi və möhkəm dini etiqad, elmə, biliyə şövq və döyüşdə nümayiş etdirilən cəsarət -bunlar oyunda kifayət qədər öz yerini tapıb. Ssenari müəllifləri və rəssamlar əllərindən gələni ediblər. Orijinal Homeworld-dakı kosmik gəmilərlə Deserts of Kharak-ın yerüstü texnikada bənzər cizgilər müşahidə olunur, Kapisi səyahətinin əhvalatı isə hekayənin ümumi ahəngini pozmur. Musiqi və səs müşaiyəti demək olar ki, yüksək səviyyədədir. Təyyarəçilərin öz aralarında apardıqları danışıqlar, habelə musiqi müşaiyəti oyunun ab-həvasını dəqiqliklə hiss etdirir.

5

***

Yalnız bütün bunlarla — dizaynerlərin, rəssamların və ssenari müəlliflərin zəhmətinin təqdirəlayiq nəticələri sayəsində Deserts of Kharak oyunu öz məşhur sələfindən geridə qalmamağa nail ola bilib. Real vaxtda oynanılan müasir strategiya kimi Deserts of Kharak oyunu hər hansı tənqidə davam gətirə bilməsə də, orijinal dizayn və anturaja malik maraqlı bir hekayə kimi heç də pis sayılmaz.

Homeworld: Deserts of Kharak

Platforma: PC

Janr: Strategiya

Buraxılış: 20 yanvar 2016-cı il

Yaradıcı heyət: Blackbird Interactive

Nəşriyyatçı: Gearbox Software

Multipleyer: Var

Rəsmi sayt: www.desertsofkharak.com

 

Kompüter üçün tövsiyə olunan tələblər:

Əməliyyat sistemi: Windows 7/8/10 (64-bit);

Prosessor: Intel Core i7-950 3 GHz / AMD FX-4300 3,8 GHz;

Əməliyyat yaddaşı: 8 Gb;

Videokart: GeForce GTX 770 (2048 Mb) / Radeon HD 7770 (1024 Mb);

Sərt diskdə boş yer: 12 Gb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -