spot_img
22 ноября, 2024
ДомойТелекомСтатьиElon Mask: ixtiraçı fenomeni, yoxsa sərhesab biznesmen?

Elon Mask: ixtiraçı fenomeni, yoxsa sərhesab biznesmen?

Elon Maskın şəxsiyyəti bir çox insan üçün səmimi olaraq maraqlıdır. Bu, heç də təəccüblü deyil, axı söhbət dünyanın ən məşhur startapçısı, həm də qeyri-adi addımları və davranışları ilə fərqlənən insandan gedir. Elon Mask 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. Uşaqlıqdan vunderkind olan Elon tezliklə proqlamlaşdırma bacarığına yiyələnib və hələ 12 yaşındaykən yaratdığı ilk kompyuter oyununu 500 dollar sata bilib. Yaşı 17-yə çatanda Elon anasının vətəni Kanadaya köçüb və bu ölkənin vətəndaşlığını qəbul edib. Amma bu qitəyə köçməyinin əsas məqsədi ABŞ-a yerləşmək idi, axı Kanadadan Birləşmiş Ştatlara köçmək daha asandır. Odur ki, çox vaxt keçmədən, 1992-ci ildə Elon ABŞ-a yerləşdi. Burada Pensilvaniya universitetində o, iqtisadiyyatçı diplomunu alıb ardından fizika üzrə ikinci diploma da sahib oldu. Amma Stendfordda üzərində işləməyə başladığı tətbiqi fizika üzrə namizədlik dissertasiyasını iki gün ötmədən kənara atdı. Görünür, o, anlamışdı ki, bu elmin bu sahəsindən öz məqsədlərinə çatmaq üçün tələb olunan hər şeyi artıq almışdı. Sonra isə PayPal, PayPal, X.com, Tesla, ardından da başqa layihələr gəldi. Bu məqalədə sizə Elon Maksın yaratdığı vəyaxın gələcəkdə həyatınızı kökündən dəyişdirəcək beş layihəsindən bəhs edəcəyik.

Elon Mask

Tesla Motors — hər kəsə elektrokar

20 il əvvəl karbonhidrat yerinə elektrik enerjisi ilə işləyən avtomobil xəyal kimi bir şey idi. Elon Mask bu xəyalı gerçəkləşdirməyə qərar verənlərdən biri oldu. Məhz buna görə də bir çoxları Tesla elektromobilinin yaradılmasını onun adı ilə əlaqələndirirlər. Burada qeyd etməliyik ki, əslində Tesla Motors şirkətini Mask deyil, Mark Teppeninq və Martin Eberhard ikilisi təsis edib. Kütləvi elektrokar istehsalı məhz bu ikilinin ağlına gəlib. Amma Mask öz biznes uzaqgörənliyi ilə bu layihəyə öz şəxsi mənbələrindən 700 milyon dollar pul vəsaiti investisiya qoyub. Nəticədə isə o, şərkətin direktorlar şurasının sədri vəzifəsinə keçib və bundan sonra şirkətin fəaliyyətində fəal rol oynamağa başlayıb.

Elon Mask

Bugün avtomobillərlə bir az da olsun maraqlananlar arasında Tesla haqqında eşitməyən qalmayıb. Amma bu şirkətin keçdiyi yol heç də asan olmayıb. Tesla Motorsun hətta elə vaxtları da olub ki, bağlanmağa və Maskı müflis etməyə çox yaxın olub. Nəticədə Mask Martin Eberhardı işdən çıxartmaq, bir neçə ofisləri bağlamaq kimi sərt tədbirlərə əl atmağa məcbur olub. Əslində Tesla Motorsun iflas etsəydi bu, eyni zamanda Masskın imperiyasının da sonu olacaqdı. Odur ki, Mask əlindəki hər şeyi bu layihəyə qoydu. Və yanılmadı. Bu gün şirkət öz seqmentində liderdir, onun inkişaf templəri isə hər kəsi heyrətləndirir. Elektrokarlara tələbat o qədər yüksəkdir ki, onu qarşılamağa Tesla Motorsun istehsal gücü kifayət etmir. 2015-ci ilin sentyabr ayında şirkətin istehsal etdiyi model sırasına Model X krossoveri əlavə olundu. Hazırda Supercharger doldurma stansiyalarının yaradılması istiqamətində intensiv iş aparılır, Maskın özü isə ekomobillərin dünya miqyasında yayılması üzərində səy göstərir.

Tesla

SolarCity -əlçatan Günəş enerjisi

Günəş enerjisi həmişə Elon Maskın diqqətini cəlb edib, odur ki, onun SolarCity layihəsinə sərmayə qoymağı gözlənilən bir hadisə idi. SolarCity Maskın kuzenləri tərəfindən 2006-cı ildə təsis olunmuşdu. Maskın layihəyə qoyduğu vəsaitlə şirkət həm ayaq üstə qala bildi, həm də inkişaf etdi. Layihənin əsas məqsədi bir mənzilə, ya da kiçik müəssisəyə kifayət edəcək cəmi bir neçə kilovatlıq günəş elektrik stansiyalarının yaradılmasıdır. Eyni zamanda, müştərilərdən panelləri satın almaq tələb olunmur. Onlar sadəcə elektrik enerjisinin qiymətini ödəməlidirlər. Əlbəttə ki, klassik elektrik enerjisi paylama sistemi ilə müqayisədə bu variant istehlakçı üçün daha sərfəlidir. Çünki söhbət 20 illik lizinqdən gedir.

SolarCity

Əslinə baxanda SolarCity şirkəti bir fenomendir. Məsələ ondadır ki, Elon Mask bu şirkətə investisiyanı hələ 10 il əvvəl qoyub, amma o, indiyədək maddi zərər gətirməyə davam edir. Şirkətin fenomen adlandırılmasının səbəbi isə odur ki, buna baxmayaraq SolarCity səhmlərinin qiyməti həmin müddət ərzində 6 dəfə artıb. Başqa sözlə, belə böyük maddi itkilərə rağmən analitiklər şirkətin uğurlu gələcəyini proqnozlaşdırmağa davam edirlər. Bunun yeganə səbəbi isə Elon Maskın SolarCity şirkətinin gələcəyindən əmin olmasıdır. Budur, qarşınızda bir nəfərin milyonların rəyini necə formalaşdırdığının və qlobal iqtisadi proseslərə necə təsir göstərə bildiyinin parlaq misalı durur. Bizə isə ümid qalır. Ümid edək ki, tezliklə biz də özümüz üçün mini elektrik stansiyasının quraşdırıb dünya ilə ayaqlaşa biləcəyik. Həm də qənaətedərək.

Gələcəyin nəqliyyat vasitəsi Hyperloop

Əgər siz elektrokarı gələcəyin yeganə nəqliyyat vasitəsi kimi təsəvvür edirsinizsə, deməli, siz Maskın ən iddialı layihələrindən biri olan Hyperloop-dan bixəbərsiz. Söhbət bu sahədə həqiqətən hər şeyi kökündən dəyişdirə biləcək tamamilə yeni tipli nəqliyyat vasitəsindən gedir.

Hyperloop

Hyperloop ucları bir-birinə birləşdirilmiş iki paralel tunel-borudan ibarətdir. Boru yerdən 20 metr yüksəklikdə xüsusi dayaqlar üstündə bərkidiləcək, içində isə sərnişinlərin mindikləri kapsulalar hərəkət edəcək. Kapsulalar tamamilə germetikdir və saatda 1200 km sürətlə hərəkət edə bilir. Bununla belə, sərnişinlərə tam rahatlıq və təhlükəsizlik zəmanəti verilir. Bu, bir qədər fantastik səslənir, amma təklif olunan ideya əslində çoxdan məlum olan həllər üzərində qurulubBelə ki, kapsula borunun içində hava yastığı üzərində hərəkət edəcək (hava yastığı üzərində hərəkət edən qatarlar kimi). Mühərrik isə Tesla Motors tərəfindən hazırlanır. Mühüm faktorlardan biri borunun içində sürtməni azaltmaq üçün nəzərdə tutulan təzyiqin aşağı salınmasıdır. Bütün sadalanan həlləri bir araya gətirəndə meydana prinsipial cəhətdən yeni nəqliyyat vasitəsi gəlir. Eyni zamanda isə belə bir sürətli magistral klassik dəmir yolu magistralından daha ucuz başa gələcək və cəmi 20 il ərzində qoyulan xərcləri qaytaracaq.

Hyperloop

Bütün hesablamaların hazır olmasına, layihənin isə olduqca perspektivli göründüyünə baxmayaraq indiyədək onu dəstəkləməyə razı olan investorlar hələ ki tapılmayıb. Çünki söhbət azı 8-10 milyar dollarlıq maliyyə vəsaitindən və prinsipial cəhətdən tamamilə yeni nəqliyyat vasitəsi növündən gedir. Mühafizəkar iri investorlar hələ ki bu iddialı layihəyə böyük vəsait qoymağa qərar verə bilmirlər, elə Maskın özü də bu layihəyə diqqət yetirmək üçün macal tapa bilmir. Amma o, bəyan edib ki, prototipin yaradılmasını maliyyələşdirməyə hazırdır. Hər halda, ideya onu maraqlandırır və aydındır ki, bir məsələ ilə maraqlanan milliarder çox şeyə qadirdir.

SpaceX — Elon Maskın şəxsi kosmosu

Oğlanların əksəriyyəti kosmosa uçmaq xəyalı ilə böyüyür, amma sadəcə bir neçəsi kosmonavt ola bilir. Maska gəlincə, o da kosmosa uçmaq istəyir, amma öz şəxsi kosmodromundan start götürəcək öz şəxsi kosmik gəmisində. Görünür, SpaceX layihəsinə qoyduğu 100 milyon dollarlıq sərmayə də elə bu xəyalının bəhrəsidir. Məsələni dərindən araşdıran Mask belə bir nəticəyə gəlib ki, kosmik uçuşların bu qədər baha olmasının səbəbi monopoliya və dəhşətli dərəcədə yüksək bürokratiyadır. Xəyalpərəstin ürəyi bütün bunlara dözmədi və o, dünyanı belə ədalətsizlikdən qurtarmaq üçün ilk özəl kosmik raketi Falcon 1 üzərində işə start verdi. Nəticədə üç tip maye yanacaqla işləyən mühərrik və raketin özü yaradıldı. Bütün işlər dövlət tərəfindən müdaxilə olunmadan həyata keçirildi. Nəhayət 2006-cı ildə layihəyə NASA maraq göstərdi və Maskla bir neçə müqavilə bağladı. Üç uğursuz təşəbbüsdən sonra şirkət orbitə peyk göndərməyə nail oldu və bundan sonra SpaceX layihəsi NASA ilə daha 12 buraxılma haqqında müqavilə imzaladı. Şirkətdən gələn son xəbərlər olduqca nikbin görünür. Belə ki, SpaceX daşıyıcı raketi ABŞ hərbi hava qüvvələri tərəfindən kəşfiyyat və hərbi peyklərin buraxılmasında istifadə olunmaq üçün sertifikatlaşdırıldı. Bu, nəikni şirkətin maddi vəziyyətini, elə cə də onun dünya miqyasında statusunu dəyişdirən amil oldu.

SpaceX

Bunlara baxmayaraq Elon Maskın əsas xəyal etdiyi şey Marsa ekspedisiyadır. Bu istiqamətdə işlər aramsız davam edir. Biznesmen Marsa insan göndərmək məqsədilə kifayətlənməyərək “Qırmızı planeti”məskun etmək niyyətindədir. Mask ilk ekspedisiyada şəxsən iştirak etmək, öz sözlərinə görə, “ömrünü Marsda başa vurmaq” istəyir. Və, görünür ki, bu xəyallarını da həyata keçirmək üçün real imkanları var.

SpaceX

Mask hesab edir ki, Marsı tezliklə məskun edib 2100-cü ildə oradakı əhali sayını 1 milyona çatdırmaq lazımdır. Çünki bu rəqəm insanların genetik müxtəlifliyini, insan populyasiyasının inkişafını, bununla bağlı əksik “genetik fond” problemini aradan qaldırmağı təmin edə bilər. Bunu bir neçə səbəbdən etmək labüddür. Əvvəla, əgər Yer kürəsində hər hansı bir fəlakət baş verərsə qonşu planeti məskun etmək insan sivilizasiyasını qoruyub saxlamaq baxımından lazımdır. İkincisi, Günəş sisteminin planetlərini məskun etmək insanların başqa ulduzlara doğru irəliləmələrində bir tramplin rolu oynayacaq. Bununla insanların Kainatın istənilən regionunda başqa planetlərə çatmaqları üçün misilsiz təcrübə əldə ediləcək.

SpaceX

Maskın dediyinə görə, indi elə insanlar var ki, təbiətin qoynuna qayınmağa, texnologiyaları unutmağa, dədə-baba üsulu ilə yaşamağa çağırırlar. Amma Elon əmindir ki, məhz texnologiyalar insanlara yeni üfüqləri fəth etməyə, dədə-babalarımızın təsəvvür etdikləri “ilahlar”ın imkanlarına yiyələnməyə yol açır. Heç bir sivilizasiya bir planetlə kifayətlənib inkişafını davam etdirə bilməz. Mask əmindir ki, 2040-cı ildə Marsda minlərlə, bəlkə də on minlərlə insan məskunlaşacaq. Buraya məskunlaşmaq üçün gələn ilk insanlar bunu öz hesablarına etməli olacaqlar. Amma onların səyləri ilə burada inkişaf etdirilə biləcək məskən yaratmaq olacaq. Əlbəttə ki, onu da qəbul etmək lazımdır ki, ilk Mars sakinləri tezliklə Yerə qayıda bilməyəcəklər, böyük ehtimalla müxtəlif fiziki və psixoloji çətinliklərə, daha əvvəl məlum olmayan xəstəliklərə, şiddətli depressiyaya məruz qalacaqlar. Marsa səyahət barədə düşünənlər romantik pərdəni kənara atıb bunları da düşünməlidirlər.

Sənaye sıfırdan qurulacaq, bu isə o deməkdir ki, bütün güclə səy göstərmək lazım olacaq. Digər tərəfdən, Marsı terraformalaşdırmaq (insanın və Yer kürəsindəki canlıların yaşaya bilməsi üçün yararlı hala gətirmək) üçün indiki imkanlar yetərsizdir. Gələcəkdə bəlkə də mümkün ola bilər, amma yaxın bir gələcəkdə bu, həyata keçirilə bilməyəcək. Amma Mask Marsda məskunlaşmaq istəyənləri “Qırmızı” planetə çatdıracaq nəqliyyat vasitəsi üzərində indidən ciddi şəkildə işləməyə başlayıb. Layihənin adı da var: Mars Colonial Transporter. Bunun sadəcə ad deyil, mühüm miqyaslı lahiyəyə çevrilməsi üçün ilk növbədə raketin buraxılma maliyyətinin aşağı salınması tələb olunur.

Dünya İnterneti

Bir dünya düşünün ki, Yer kürəsinin istenilən nöqtəsindən İnternetə qoşulmaq mümkündür. Belə bir dünyanın yaradılması da cənab Maskın layihələrindən biridir. O3b Networks təsisçiləri ilə birgə o, orbitaya hər birinin çəkisi 100 kiloqrama yaxın olan 700 ədəd peyk buraxmağı planlaşdırır. Bu peyklər dünyanın hər yerini əhatə edən həqiqətən qlobal şəbəkənin yaradılmasını təmin edəcək. Layihə üçün təxminən 1 milyar dollar tələb olunur. Tərəfdaşlar hələ ki son razılığa gələ bilməyiblər, amma buna baxmayaraq layihə heç də reallıqdan uzaq fantastik bir təşəbbüs sayıla bilməz. Üstəlik, Mask indiyədək bir neçə fantastik sayılan layihəni həyata keçirməyə nail olmuş biridir.

Elon Musk

Elon Maskı hər şeydən əvvəl gənc yaşından bəri biliyə doymayan, qarşısına qoyduğu məqsədlərə möcüzəvi şəkildə nail olmağı bacaran bir insan kimi qələmə vermək istədik. Onun bütün ömür yolu sübut edir ki, məhz bu xüsusiyyətlərinin sayəsində o, adi bir gəncdən dünya şöhrətli, qeyri-adi bir təşəbbüskara çevrilib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -