9-11 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 9-cu Beynəlxalq Təhsil və Karyera sərgisi olacaqdır. Bu tarixlərdə həm xaricdə təhsil alma arzusu olan gənclər, həm iri şirkətlərdə işə düzəlməyə hazırlaşan məzunlarla yanaşı təhsil sektorunda çalışan şəxslər də faydalana biləcək. Belə ki, oktyabrın 9-də Bakı Ekspo Mərkəzinin seminar otağında Ultra Technologies şirkətinin təşkilatı ilə “Elektron Təhsil və təhsildə innovativ yanaşma” mövzusunda 3 hissədən ibarət seminarlar keçiriləcəkdir.
Seminarların mövzu və planları belədir:
9 oktyabr 2015
14:00 – 15:00 – Eduman: Təhsilin innovativ planlaşdırılması və idarəolunması sistemi
15:00 – 15:30 – Eduman: Mərkəzləşdirilmiş imtahan idarəetmə sistemi
15:30 – 16:00 – Eduman: Sistemdə Tələbə, Müəllim, Valideyn şəxsi kabinetləri
16:00 – 17:00 – DocNet: Elektron Sənəd Dövriyyəsi Sistemi
Qeyd edək ki, planlaşdırılan bütün seminarda iştirak pulsuzdur. Seminarlar Ultra Technologies şirkətinin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcəkdir. Seminarda iştirak etmək üçün öncədən qeydiyyat vacibdir. Qeydiyyat üçün bu linkə daxil olub lazımı məlumatları doldurmalınız: http://seminar.ultra.az/edu