spot_img
20 апреля, 2024
ДомойБлогиАзербайджанские БлогиÖlkədə Flash Bannerlərinin Gələcəyi Necə Olacaq?

Ölkədə Flash Bannerlərinin Gələcəyi Necə Olacaq?

Sizə bildirdiyimiz kimi, artıq sentyabrın 1-dən etibarən Chrome brauzeri Flash reklamlarını dayandırdı. Lakin, maraqlısı odur ki, ölkəmizin ən böyük və aparıcı saytları belə buna hazır deyildi. Nəticədə saytların çoxsunda dayandırılmış Flash reklam mənzərələrini müşahidə etmək olar.

Bununla bağlı ölkənin bir neçə mütəxəssisi ilə əlaqə saxlayaraq onların fikirlərini öyrəndik:

«Nəzərə alsaq ki, Google özü dünyanın ən böyük display reklam yayımçısıdır (GDN), yəqin ki, belə bir addım atmazdan əvvəl bunun reklam bazarına necə təsir edəcəyini yaxşıca götür-qoy edib. Digər tərəfdən flash texnologiyalar geniş yaradıcılıq imkanları versə də, çoxlu resurs tələb edirlər və bütün platformalar tərəfindən dəstəklənmirlər — xüsusilə də mobil ekranların birinci ekran olmağa başlağıdı bir dövrdə iOS və Android platformalar tərəfindən. Hər dəfə də təhlükəsizliklə bağlı yeni problemlər ortaya çıxırdı. Və ən əsası artıq HTML5, CSS3 kimi alternativ texnologiyalar var ki, flash olmadan da animasiya, səs və video görüntü yayımlamaq imkanları verir.»İkinöqtəsıfır İnteraktiv Agentliyinin təsisçisi Əflatun Hüseynov deyərək fikirlərini bildirdi.

«Chrome veb-brauzerinin flash animasiya tipini durdurması əslində həm istifadəçi təcrübəsinin optimallaşdırılması, həm də advertising texnologiyasının inkişafı üçün məqsədyönlü idi. Bildiyimiz kimi FLASH animasiya “ağır” internet istifadəçilərinin mobil və portativ cihazıarının performansına, onların enerji tutumuna və bəzən ekran ölçülərindəki uyğunsuzluğa gətirirdi. Son bir il ərzində Azərbaycanda bütün cihazlardan isitfadə edilən brouserin 50%dən çoxunun Chrome olması göstərir ki, artıq həm reklam yerləşdirən, həm publisher bununla hesablaşmalı və HTML5ə doğru getməlidir. HTML5 in isə dahab uzunmüddətli uğurlu olacağı heç kimə sirr deyil.
Chrome-un Flash animasiyalarını “pauza etməsi” yüksək sürətlə inkişaf edən bazarımız üçün maneə yaratmayacaq deyə düşünürəm. Düzdür, Azərbaycan internet məkanı flash animasiyalar üzərinə oturuşmuş bir məkan olsa da, artıq biz də yavaş yavaş gözəllikdən funksionallığa, istifadəçiyə uyğunlaşmaya və kəskin mobilləşməyə doğru gedirik. Zənnimcə internet reklam ekosistemi tez bir zamanda buna adaptasiya olacaq. Ən az DoubleClick Content Manager kimi vasitələrdən istifadə edərək Flash animasiyalarını HTML5- asanlıqla konvertasiya etmək mümkündür. Amma yenə də bildirim ki, HTML5 aludəliyi bizi daha yaxşı nəticələrə və daha gözəl istifadəçi təcrübəsinə aparacaq.»
DMI Azerbaijan-ın həm-təsisçisi Tural Nəbizadə deyərək fikirlərini bölüşdü.

«Sırf Azərbaycan saytları üçün götürəndə bir qədər işə səhlənkar yanaşmanı müşahidə etmək olar. Çünki, Google bu barədə artıq iyun ayından məlumat vermişdi. Həm saytların özü, həm banner yerləşdirmə ilə məşğul olan şirkətlər həm də şirkətlərin dijital agentlikləri buna hazırlaşmalı idilər. Belə görünür ki, hazırlıq çox zəif gedir. Mənim bildiyim bəzi agentliklər artıq yeni hazırladıqları bannerləri flash əvəzinə HTML5 əsaslı texnologiya ilə hazırlamağa başlayıblar. Yəqin ki, yaxın zamanda o bannerləri saytlarda görəcəyik. Ancaq saytların, banner yerləşdirən şirkətlərin və „Ad Server“ texnologiyalarının da buna hazır olmağı lazımdır. Belə görünür ki, qarşıdaki aylar ərzində ancaq hər şey yerinə otura.
Dünya praktikasında götürsək isə, ümumiyyətlə banner reklamların zamanla sıradan çıxacağını düşünmək olar. „Ad Block“ tipli brouser əlavələrinin (browser extensions) istifadəsi çoxalıb. Artıq 200 milyondan çox internet istifadəçisi bunlardan istifadə edir və bu statistika gedərək daha böyük rəqəmlər göstərir. İnternet reklam sahəsində çalışan şirkətlərin artıq daha yeni üsullara müraciət etmələri, daha kreativ həllər tapmaları lazım gələcək.»
, Rəqamsal Marketinq üzrə ekspert Şaiq Muradov deyərək bildirdi.

«Bizim olkə dünya reklam bazarının bir hissəsidir. Bazarımız kiçik olsa da belə, boyük addımlarla inkişaf edir. Dünya internet reklam bazarını tənzimləyən nəhəng şirkətlər və onların reklam bazarının tənzimləməsi üçün tətbiq etdikləri qaydalar ve standartlar var. Bizim internet reklam bazarımız ve onun iştirakçıları buna riayət etməliyik.
Bildiyimiz kimi sentyabrın 1-dən etibarən, əvvəldən xəbərdar etməklə, Google şirkəti Flash ilə əməkdaşlığı dayandırır. Əlbəttə, əvvəlcə bu qərarın nəticəsi bizim bazara oz mənfi təsirini göstərəcək. Bizim bəzi saytlar və dizaynerlər HTML5 ilə işləməkdə çətinlik çəkəcəklər. Hesab edirəm ki, yaxın zamanda bu çətinliklər arxada qalacaq və reklam bazarımız yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Ümumiyyətlə, qaydasız reklam bazarı inkişafın qarşısını alır. Ona gorə reklam bazarında qəbul olunmuş ümumi qaydalara və standartlara hamı riayət etməlidir.»
Universal Reklam şirkətinin icraçı direktoru Elxan Mahmudov deyərək fikirlərini bölüşdü.

Ölkənin aparıcı saytlarındaki vəziyyət:

Flash_bannerler_1

Flash_bannerler_2

Flash_bannerler_3

Flash_bannerler_4

Flash_bannerler_5

Flash_bannerler_6

Mənbə: Technimum.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -