spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияGünəş enerjisi ilə tam həcmdə işləyən ilk hava limanı

Günəş enerjisi ilə tam həcmdə işləyən ilk hava limanı

Hindistanın Kerala ştatında yerləşən Koçin beynəlxalq hava limanı dünyada tamamilə Günəş enerjisi ilə işləyən ilk hava limanı olmağa hazırlaşır. Ötən ay burada 18200 m2-lik sahədə yerləşdirilmiş 46 150 paneldən ibarət olan 12 meqavatlıq elektrik stansiyası layihəsinin uğurla başa çatdığı barədə elan olunub. Bu stansiyanın istehsal etdiyi elektrik enerjisi ilə hava limanı nəinki şəhər elektrik şəbəkəsindən müstəqil qalacaq, eləcə də artıq qalan enerjini sata da biləcək.

kerala_aiport_solar

CIAL (Cochin International Airport Limited) şirkətinin yayımladığı rəsmi mətbuat xülasəsində deyildiyi kimi, hava limanının tamamilə Günəş enerjisinə keçməsi ilə atmosferə atılan karbon qazının həcmi yaxın 25 il ərzində 300 min ton azalacaq. Bu isə öz növbəsində 3 milyon yeni ağacın ərilməsinə, ya da avtomobillərlə qət edilən 1,2 milyard kilometr məsafənin gətirdiyi hava çirklənməsinin aradan qaldırılmasına bərabərdir. CIAL şirkəti bundan sonra da alternativ enerji mənbələrindən istifadə etməkdə qərarlıdır, üstəlik, söhbət yalnız Günəş enerjisindən deyil, eləcə də hidromənbələrdən gedir. Yeni Koçin beynəlxalq terminalı 2016-cı ilin may ayında istifadəyə veriləcək. Hindistan höküməti isə öz növbəsində ölkənin digər hava limanlarına da Günəş enerjisinə keçib özünü bu yol ilə elektrik enerjisi ilə təmin etməyi tövsiyə edib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -