spot_img
21 ноября, 2024

«MyApps.az» layihəsi

«MyApps.az» (http://myapps.az) bu il noyabr ayının axırlarında bazara təqdim olundu. Bu layihə uzun müddətli strategiya planı hazırlayıb Azərbaycana yenilik gətirməyi hədəfləyən bir «Startup»dır. Həmin strategiyaya əsasən «MyApps.az» başlanğıc olaraq yerli şirkətlərə və fərdi sahibkarlara yeni marketinq alətinin tətbiq olunmasında dəstək verəcək.

myapps.az

Əslində yeni marketinq aləti məfhumu altında böyük bir proses nəzərdə tutulur. Proses sifarişci şirkətin profilinin, habelə əsas məlumatlarının təhlili ilə başlayır. Aparılan təhlil əsasında marketinq planı tərtib olunur. Sonra həmin plan çərçivəsində müştəri üçün uyğun modullar seçilir, xüsusi mobil tətbiq hazırlanır və «AppStore» ilə «Google Play Market»də yerləşdirilir. Sifarişçilərə tətbiqlərin kontekstlərinin idarə edilməsi üçün xüsusi Veb İdarəetmə Paneli təqdim olunur. Bununla yanaşı, sifarişçi həm də mobil tətbiqin dəstəyi və statistik məlumatların toplanılması xidmətləri ilə təmin edilir.

Mobil tətbiqlərin «native» kod üsulunda yazılması onların yüksək sürətlə işləməsini təmin edir. Müştəri Mobil tətbiqin kontekstini dinamik, rahat və müasir «Twitter Bootstrap» texnologiyası sayəsində «Merchant Admin» panelindən rahat dəyişdirə bilər. Hal-hazırda artıq ilk müştəri üçün mobil tətbiq hazırdır. «ZAUR Range Rover Motors» servis mərkəzinin «JZ014» mobil tətbiqi artıq «AppStore» və «Google Play Market»də yerləşdirilib.

Uzun müddətli strategiya planına istinadən «MyApps.az» layihəsi ikinci ildən etibarən Mobil tətbiqlərin yaradıcısı fəaliyyətini meynəlxalq miqyasda aparmağı hədəfləyir. Dünya bazarına cıxan «MyApps.az» məhsulunu artıq API funksionallığına görə müxtəlif ölkələrin «developer»lərinə satacaq.

«MyApps.az» layihəsinin əsas üstünlüyü onun unikal arxitekturasındadır. Bu arxitektura modulluq prinsipinə əsaslanır. Modulluq prinsipi Mobil tətbiqlərin yaradılmasına sərf edilən vaxtı azaldır, nəticədə Mobil tətbiqin maya dəyəri aşağı düşür. Keyfiyyət cəhətdən «MyApps.az» tərəfindən yaradılan Mobil tətbiq digər standart tətbiqlərdən xeyli üstündür. Belə ki, burada hazır modullardan istifadə olunur, həmin modullarda səhvlər əvvəlcədən yoxlanılıb düzəldilir. Klassik yanaşmadan fərqli olaraq «MyApps.az» prosesləri mümkün qədər çox avtomatlaşdırmağa çalışır, bunun sayəsində tətbiq qısa müddət ərzində yaradılır. Hazır modullardan istifadə etməklə mobil tətbiq cəmi bir həftə kimi qısa müddət ərzində yaradıla bilər. Digər tərəfdən, «MyApps.az» layihəsi hesablama buludlarından aktiv istifadə edir, bu isə məlumatların müştəri tərəfindən 24/7 rejimində idarə olunmasına, eləcə də mobil tətbiqin fasiləsiz istifadə olunmasına şərait yaradır.

Modulluq prinsipi haqqında

Modulluq obyekt yönümlü proqramlaşdırmada tətbiq olunan prinsiplərdən biridir. Bu prinsipə əsasən iri proqram vasitələri («MyApps» iri proqram vasitəsidir — qeyd) fərdi adlı modullara bölünür.

Hal hazırda «MyApps.az»da mövcüd olan modullar aəağıdakılardır:

Məlumat modulu

1. Xəbərlər
2. Promo Aksiyalar
3. Tədbirlər
4. Yeniliklər
5. Gələcək planlar haqqında məlumat (məsələn yeni kinofilmlər)

Galereya modulu

1. İri şəkil, iri tekst
1. İri şəkil, kiçik tekst
2. Kiçik şəkil, iri tekst
3. Yalnız şəkil

Əlaqə saxlama modulu

1. Sual vermək imkanı: sual dərhal e-mail şəklində proqram sahibinə çatdırılır və Veb İdarəetmə panelində arxivdə saxlanılır
2. Nömrəni göstərmək imkanı
3. E-maili göstərmək imkanı
4. Ünvanı göstərmək imkanı

Kontakt modulu — Tətbiq sahibi haqqında məlumat

1. Telefon nömrələri
2. Facebook, Twitter hesabları
3. E-mail ünvanı
4. Xəritədə göstərilmiş ünvan

Məhsul modulu

1. Məhsulları seçmək imkanı
2. Məhsulların qiyməti ilə tanış olmaq imkanı
3. Məhsulların texniki göstəriciləri ilə tanış olmaq imkanı

Ödəniş modulu

1. Seçilmiş məhsulu tətbiq vasitəsilə satınalmaq imkanı
2. VISA / MasterCard kartlarından istifadə etmək imkanı
3. Həyata keçirilmiş bütün ödənişlər haqqında bildiriş almaq imkanı

Mobil Mağaza məhsulu

Mobil Mağaza «MyApps.az» layihəsinin məhsuludur. Bu məhsul Azərbaycan bazarında smartfon vasitəsilə alış-veriş etmək imkanı yaradır. Nəzərə alsaq ki, mobil telefon həmişə əlimizin altında olur, bunun nəticəsində Mobil Mağaza əminliklə «ən yaxın mağaza» sayıla bilər.

Mobil MağazaMobil Mağaza 1Mobil Mağaza 2

Mobil Mağazanın əsas üstünlükləri:

— Mobil Mağazada yeniliklər haqqında məlumatlar yerləşdirilir
— Müştərilərə yeniliklər haqqında müasir “PUSH”-məlumatlandırma üsulu ilə xəbər göndərilir
— Bütün alış-veriş PCI-DSS təhlükəsizlik standartına tam cavab verir
— Alış-veriş prosesinq sisteminin üzərindən keçir
— Alış-veriş üçün VISA və ya MasterCard kartlarını istifadə etmək olar
— Müştəri alış-verişi komisyon haqqı ödəmədən aparır
— Alınan məhsul göstərilən ünvana pulsuz çatdırıla bilər (yalnız Bakı şəhərində)
— Tətbiqi qeydiyyatsız istifadə etmək mümkündür
— Əməliyyat aparıldıqda smartfon üçün avtomatik olaraq unikal qurğu nömrəsi qeydiyyata alınır. Bunun nəticəsi kimi həmin smartfondan aparılan əməliyyatların tarixçəsi yaradılır, müştəri isə həmin əməliyyat tarixçəsi ilə tanış olmaq imkanını əldə edir.

Mobil Mağazadan istifadə etmək üçün həmin tətbiqi «Google Play Market»dən smartfona yükləmək kifayətdir. Alış-veriş isə istənilən VISA və ya MasterCard kartları vasitəsilə həyata keçirilir. Mobil Magaza tətbiqi aşağıdakı linkdən yükliyə bilərsiniz: https://play.google.com/store/apps/details?id=az.myapps.mobilemagazine&hl=ru.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -