spot_img
19 июня, 2026
Домой Блог Страница 37

Азербайджан поднялся на 21 позицию в мировом рейтинге кибербезопасности

кибербезопасности

Азербайджан значительно укрепил свои позиции в сфере кибербезопасности, поднявшись на 21 позицию в Национальном индексе кибербезопасности (NCSI). Наша страна переместилась с 52-го на 31-е место.

кибербезопасности

Согласно международному индексу, составляемому Академией электронного управления (e-Governance Academy), показатель Азербайджана вырос с 75,83 до 83,33 балла.

NCSI охватывает более 100 государств и считается одним из наиболее авторитетных инструментов международной оценки в области кибербезопасности. Индекс анализирует не только технический потенциал, но и правовую базу, управленческие возможности и уровень национальной готовности к киберугрозам. Оценка, проведенная NCSI по 12 основным направлениям и 49 индикаторам, показывает, что Азербайджан добился заметного прогресса в направлениях оперативного реагирования на киберугрозы, формирования национальной политики, институциональных возможностей и международного сотрудничества.

Служба электронной безопасности при Министерстве цифрового развития и транспорта Азербайджана отмечает, что достигнутые результаты стали следствием целенаправленной государственной политики. Стратегические решения, ориентированные на укрепление кибербезопасности, развитие цифровой экономики и электронного управления, значительно повысили конкурентоспособность страны на международной арене. Кроме того, позиции страны в этой сфере коренным образом изменили государственные инвестиции в область кибербезопасности, внимание, уделяемое подготовке специалистов, и комплексные меры по защите критической информационной инфраструктуры.

Apple iOS 26.5 RC versiyasını təqdim etdi: “Xəritələr” yeniləndi, wallpaper-lər əlavə olundu

Apple iOS 26.5 və iPadOS 26.5 əməliyyat sistemlərinin Release Candidate (RC) versiyalarını yaymağa başlayıb. Bu build-lər artıq son mərhələ hesab olunur və rəsmi buraxılışdan əvvəl tərtibatçılar və açıq beta istifadəçiləri üçün əlçatandır.

Yeniləmədə əsas diqqət gələcək funksiyalara yönəlib. Belə ki, RCS mesajlaşma üçün uçdan-uca şifrələmənin tətbiqi üçün baza hazırlanıb — xüsusilə iPhone ilə Android smartfonlar arasında yazışmalar üçün. Bu funksiya daha əvvəl test edilsə də, müvəqqəti olaraq deaktiv edilmişdi.

Apple Maps tətbiqində isə yeni bölmə peyda olub — istifadəçinin axtarışlarına və cari trendlərə əsasən tövsiyə olunan məkanlar göstərilir. Bu, tətbiqi daha “ağıllı” və fərdiləşdirilmiş edir.

Avropa İttifaqı ölkələrində Apple üçüncü tərəf aksesuarları ilə bağlı imkanları da genişləndirir. Artıq digər istehsalçıların qulaqlıqları və ağıllı saatları bildirişlər, sürətli qoşulma və real vaxt məlumatlarının göstərilməsi kimi funksiyalardan istifadə edə biləcək. Əvvəllər bu imkanlar əsasən Apple cihazları ilə məhdud idi.

Bundan əlavə, sistemə yeni tematik divar kağızları (wallpaper) əlavə olunub. Lakin Siri ilə bağlı heç bir dəyişiklik yoxdur — onun inkişafı növbəti versiya, yəni iOS 27 üçün saxlanılıb.

Yeniləmənin stabil versiyasının yaxın günlərdə təqdim olunacağı gözlənilir.

Самые быстрые Android-планшеты апреля по версии AnTuTu

AnTuTu

Разработчики популярного бенчмарка AnTuTu опубликовали рейтинг самых производительных планшетов на базе Android по итогам апреля 2026 года. Как обычно, оценивалась общая производительность оборудования и программного обеспечения. Тест включал пять основных аспектов: мощность CPU, графические возможности, пользовательский опыт (UX), скорость чтения/записи хранилища, а также пропускная способность и задержка памяти.

В свежем рейтинге много игровых моделей, но лидирует планшет, который позиционируется как профессиональный – это Vivo Pad 6 Pro на базе процессора Snapdragon 8 Elite Gen 5 с результатом 4 095 813 баллов.

С минимальным отрывом втором и третьем местах расположились Lenovo Legin Y700 Gen 5 (4 076 936) и OPPO Pad 5 Pro (4 030 293) соответственно. Оба устройства построены на том же чипе. Четвертое место занимает REDMI K Pad 2, оснащенный MediaTek Dimensity 9500, пятое – Honor MagicPad 3 Pro 13.3 с чипом Snapdragon 8 Elite Gen 5.

На седьмом месте рейтинга оказался планшет H3C MegaBook, который интересен тем, что построен на процессоре Intel Ultra 5 228V и одновременно работает как на Windows 11, так и на MegaOS (модифицированной версии Android).

Visa Sergiy Martınçuku şirkətinin Baş Vitse-prezidenti və Qrupun Ukrayna, Moldova, Cənubi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə Ölkə Meneceri təyin edib

Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa (NYSE: V) bu gün Sergiy Martınçukun şirkətinin Baş Vitse-prezidenti və Qrupun Ukrayna, Moldova, Cənubi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu üzrə Ölkə Meneceri vəzifəsinə təyin olunduğunu elan edib. Kiyevdə fəaliyyət göstərəcək Martınçuk Visa-nın 17 ölkədəki əməliyyatları və strategiyası üzrə ümumi məsuliyyət daşıyacaq.

Sergiy Martınçuk, Visa-nın Əlavə Dəyər Xidmətləri bölməsində yeni qlobal vəzifəyə keçən və bu yaxınlarda şirkətinin ABŞ-ın San-Fransisko şəhərindəki baş ofisinə köçən Kristina Dorosu əvəz edir. O, maliyyə qurumları, ticarət müəssisələri, texnologiya və dövlət tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə, eyni zamanda region üzrə rəqəmsal ödənişlərin tətbiqinin sürətləndirilməsinə diqqət yetirəcək.

“Biz Sergiyi Visa-da salamlamaqdan məmnunuq,” – deyə Visa-nın Mərkəzi Avropa, Yaxın Şərq və Afrika üzrə Regional Prezidenti Dr. Tariq Mahmud bildirib. “Onun texnologiya sahəsində dərin bilikləri, güclü regional liderlik təcrübəsi və müxtəlif komandaları idarə etmək üzrə sübut olunmuş bacarıqları imkanlarımızı daha da gücləndirəcək və 17 ölkədəki müştərilərimiz və tərəfdaşlarımız üçün daha böyük dəyər yaratmağımıza kömək edəcək.”

Martınçuk, region üzrə, ən son Cisco şirkətində olmaqla, təxminən iyirmi illik yüksək səviyyəli regional rəhbərlik təcrübəsi ilə yanaşı texnologiyaya əsaslanan transformasiya sahəsində dərin səriştəyə, icraetmə və insan resurslarının idarə olunması üzrə güclü nailiyyətlərə malikdir. O, böyük təşkilatlara rəhbərlik edib, inkişafı təmin edib və müştərilər, tərəfdaşlar və tənzimləyici qurumlarla etibarlı münasibətlər formalaşdırıb. Eyni zamanda o, Kompüter Elmləri və Maliyyə sahəsində akademik təhsili alıb.

“Ödəniş sənayesi üçün belə mühüm bir dövrdə Visa-ya qoşulmaq və bu çoxşaxəli regiona rəhbərlik etmək mənim üçün böyük şərəfdir,” – deyə Visa-nın Baş Vitse-prezidenti və Qrupun Ukrayna, Moldova, Cənubi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu üzrə Ölkə Meneceri Sergiy Martınçuk bildirib. “Komandalarımız və tərəfdaşlarımızla birlikdə biz insanlar və bizneslər üçün rəqəmsal ödənişlərin inkişafını davam etdirəcək, pul hərəkəti həllərinin miqyasını genişləndirəcək və texnologiya, təhlükəsizlik və güclü bazar uyğunluğu ilə dəstəklənən əlavə dəyər xidmətləri vasitəsilə müştəri bazasının genişləndirilməsini təmin edəcəyik.”

Azərbaycanda Visa artıq 29 ildir ki, qabaqcıl, təhlükəsiz və inklüziv rəqəmsal ödəniş ekosisteminin qurulması məqsədilə banklar, ticarət müəssisələri və dövlət qurumları ilə əməkdaşlıq edir. Bu tərəfdaşlıq sayəsində Visa tokenləşdirmə, biometrik ödənişlər və elektron ticarət sahələrində innovasiyaların inkişafını davam etdirir.

DİF-in yeni hesabatı Azərbaycanda süni intellektin enerji səmərəliliyi potensialını açıqlayır

DİF

Dünya İqtisadi Forumu və 4SİM-in birgə hesabatı göstərir ki, süni intellekt kommersiya binalarında enerji istehlakını 25%-dək azalda və emissiyaları əhəmiyyətli dərəcədə aşağı sala bilər.

Dünya İqtisadi Forumunun Enerji və Materiallar Mərkəzinin “Enerjidə Süni İntellekt” təşəbbüsü çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə birgə həyata keçirilən pilot layihənin nəticəsi olaraq “Gələcəyin binaları üzrə pilot layihə: Azərbaycanın enerjidə süni intellekt üzrə yol xəritəsi” (“Piloting Buildings of the Future: Azerbaijan’s AI-Energy Playbook”) adlı yeni hesabat nəşr olunub.

Hesabat Azərbaycanın ən yüksək enerji istehlakına malik sahələrindən biri olan kommersiya təyinatlı binalarda süni intellekt (Sİ) texnologiyalarının tətbiqi imkanlarını qiymətləndirir və bu istiqamətdə praktik yol xəritəsi təqdim edir.

Aparılan araşdırmaların nəticələri göstərir ki, uyğun infrastruktur mövcud olan binalarda süni intellekt həllərinin tətbiqi enerji istehlakını 25%-dək azaltmaq, karbon emissiyalarını isə 20-40% intervalında aşağı salmaq potensialına malikdir. Eyni zamanda, həmin binalarda investisiyanın geri dönüş müddətinin 6-18 ay arasında dəyişməsi bu yanaşmanın iqtisadi cəhətdən yüksək səmərəliliyini təsdiqləyir.

Hesabatda qeyd olunur ki, binalar Azərbaycanda ümumi enerji istehlakının əhəmiyyətli hissəsini təşkil edir və bu sektorun optimallaşdırılması ölkənin iqlim hədəflərinə çatmasında mühüm rol oynaya bilər.

Sənəd real pilot təcrübəsinə əsaslanaraq aşağıdakı əsas istiqamətləri önə çəkir:

  • Qlobal süni intellekt həllərinin yerli infrastruktur və bazar şərtlərinə uyğunlaşdırılması
  • Dövlət və özəl sektor arasında effektiv əməkdaşlığın qurulması
  • Pilot layihələrdən milli miqyaslı tətbiqlərə keçid üçün yol xəritəsinin formalaşdırılması

Sənəd həmçinin süni intellektin enerji səmərəliliyinin artırılması ilə yanaşı, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyatın inkişafı və ölkənin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından strateji əhəmiyyətini vurğulayır.

Hesabatda real tətbiq təcrübəsinə əsaslanaraq əsas maneələr (texniki, institusional və tənzimləyici), onların həlli yolları və genişmiqyaslı tətbiq üçün praktiki tövsiyələr təqdim olunur. Bununla yanaşı, dövlət qurumları, biznes subyektləri və texnologiya təminatçıları arasında koordinasiyalı fəaliyyətin süni intellektin enerji sektorunda effektiv tətbiqinin əsas şərti olduğu qeyd edilir.

Bu təşəbbüs Azərbaycanın enerji səmərəliliyi sahəsində innovativ yanaşmalara açıq olduğunu göstərməklə yanaşı, ölkəni regionda “ağıllı və aşağı karbonlu binalar” konsepsiyasının tətbiqində qabaqcıl nümunələrdən birinə çevirə bilər.

(Link: https://shorturl.az/FJmog)

Bakcell инновационный партнер программы Spark @LANDAU

Bakcell

Лидер инноваций компания Bakcell присоединилась к программе Spark @LANDAU, реализуемой LANDAU School, в качестве инновационного партнера. Цель сотрудничества поддержка развития молодежи в области технологий и инноваций.

Spark @LANDAU это стартап-и инновационная программа, предназначенная для учащихся 8–11 классов LANDAU School. Она помогает школьникам формировать свои идеи в реальной бизнес-среде, развивая предпринимательские навыки на практике.

В рамках инициативы «Искусственный интеллект в образовании», ставшей одним из ключевых направлений программы, участники подготовили проекты на базе ИИ, ориентированные на образовательный сектор. На финальном мероприятии свои стартап-проекты представили в общей сложности 19 команд. По результатам презентаций жюри выбрало 3 наиболее успешные команды, ставшие победителями.

Выступая на мероприятии, директор по связям с общественностью и корпоративным коммуникациям Bakcell Айсель Сулейманова отметила, что программа Spark @LANDAU играет важную роль в ранней интеграции молодежи в инновационную экосистему. По ее словам, программа дает учащимся возможность развить навыки превращения идей в продукт и их эффективной презентации. Сулейманова также подчеркнула, что Bakcell продолжает оказывать поддержку в этом направлении через свои инициативы в области искусственного интеллекта и инноваций.

Bakcell играет активную роль в формировании инновационной экосистемы страны, реализуя проекты в сфере ИИ и цифровых решений. Поддерживая раннюю интеграцию молодежи в технологическую и стартап-среду, компания вносит вклад в развитие идей, создающих реальное влияние, и в воспитание будущего поколения инноваторов.

О компании Bakcell

Bakcell — первая и крупнейшая частная телекоммуникационная компания в Азербайджане. На сегодняшний день компания обслуживает более 3 миллионов абонентов, предоставляя им высококачественные и высокоскоростные услуги связи. Будучи одним из крупнейших инвесторов в ненефтяной сектор экономики страны, Bakcell вносит вклад в устойчивое развитие Азербайджана с помощью инновационных решений на основе искусственного интеллекта.

Bakcell входит в состав международной группы компаний NEQSOL Holding, осуществляющей деятельность в различных странах в телекоммуникационной, энергетической, высокотехнологичной и строительной отраслях.

İlon Mask 150 milyon qənaət cəhdinə görə 1,5 milyon dollar cərimələndi

İlon Mask ilə U.S. Securities and Exchange Commission arasında 2022-ci ildə Twitter səhmlərinin alınması ilə bağlı məhkəmə mübahisəsi razılaşma ilə başa çatıb.

Tənzimləyici Maskı məlumatların açıqlanması qaydalarını pozmaqda ittiham edirdi. ABŞ qanunvericiliyinə görə, investorlar açıq şirkətdə payları 5%-ə çatdıqda bunu 10 gün ərzində bildirməlidirlər. SEC-in iddiasına əsasən, Mask bu məlumatı təxminən 11 gün gec açıqlayıb və bu müddətdə daha aşağı qiymətlə səhmləri almağa davam edib.

U.S. Securities and Exchange Commission hesab edir ki, bu gecikmə ona bazarda üstünlük verib və nəticədə o, səhmləri təxminən 150 milyon dollar daha ucuz qiymətə əldə edə bilib.

Razılaşmaya əsasən, İlon Mask günahını etiraf etməsə də, onunla əlaqəli trast vasitəsilə 1,5 milyon dollar cərimə ödəməyə razılaşıb. Tərəflər əlavə məhkəmə prosesindən imtina ediblər, lakin razılaşma hələ məhkəmə tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, nəticədə Mask Twitter platformasını 44 milyard dollara alıb. O, proses zamanı qiyməti aşağı salmağa çalışmış və hətta bir müddət sövdələşmədən imtina etməsi ilə şirkətin səhmlərinin ucuzlaşmasına səbəb olmuşdu.

Samsung istifadəçinin sağlamlığını izləyə bilən yeni ekran təqdim etdi

Samsung Display şirkəti SID Display Week 2026 sərgisində gələcəyin smartfon ekranlarına dair bir neçə innovativ texnologiya nümayiş etdirib. Şirkət bu dəfə yalnız görüntü keyfiyyətini artırmaqla kifayətlənməyib — ekranın rolunu tamamilə yenidən düşünməyə çalışır.

Əsas yenilik Flex Chroma Pixel adlı OLED panel olub. Bu ekran 3000 nit parlaqlıq təqdim edir və BT.2020 rəng məkanının 96%-ni əhatə edir — bu da peşəkar monitor səviyyəsinə yaxındır. Rəng diapazonu isə DCI-P3 ilə müqayisədə 1,7 dəfə genişdir.

Bu nəticə şirkətin LEAD texnologiyasına əsaslanan yeni materiallar və optik struktur sayəsində əldə olunub. Üstəlik, mühəndislərin sözlərinə görə, bu inkişaf enerji sərfiyyatına və ekranın ömrünə mənfi təsir göstərmir.

Daha bir maraqlı yenilik Sensor OLED ekranıdır. 6,8 düymlük bu panel həm görüntü göstərir, həm də biometrik məlumatları toplayır. Ekranın daxilində yerləşdirilən xüsusi fotodiodlar vasitəsilə istifadəçinin nəbzi və hətta təzyiqi əlavə sensor olmadan ölçülə bilir.

Samsung bu ekrana həm də Flex Magic Pixel texnologiyasını inteqrasiya edib. Bu funksiya sayəsində yan tərəfdən baxdıqda məxfi məlumatlar (məsələn, sağlamlıq göstəriciləri) gizlədilir, amma ekranın qalan hissəsi görünməyə davam edir.

Digər təqdim olunan yeniliklər arasında yeni nəsil kvant nöqtəli EL-QD display (500 nit parlaqlıq, əvvəlki nəsildən 25% yüksək) və avtomobil sənayesi üçün nəzərdə tutulmuş, 300 ppi sıxlığa malik uzana bilən ekran da yer alıb.

В Steam проходит «Фестиваль Построения колод»

Steam

В Steam начался «Фестиваль Построения колод» (Deckbuilders Fest), который продлится до 11 мая включительно в 21:00 по бакинскому времени.

Множество игр, в которых фигурируют карты, получили скидки. В акцию, помимо прочих, попали Balatro, Inscryption, Slay the Spire и Marvel’s Midnight Suns.

Как обычно, пользователям предлагается возможность приобрести уникальные тематические предметы за очки.

iPhone 17 dünyanın ən çox satılan smartfonu oldu

Counterpoint Research qlobal smartfon bazarı üzrə yeni hesabatını yayımlayıb. Siyahıda böyük dəyişiklik olmasa da, lider yenə diqqət çəkir.

2026-cı ilin birinci rübünün nəticələrinə görə, ən çox satılan model iPhone 17 olub — cihaz bazarın təxminən 6%-ni təkbaşına ələ keçirib. Onun ardınca iPhone 17 Pro Max və iPhone 17 Pro qərarlaşıb.

Reytinqdə büdcə seqmenti də güclü təmsil olunub. Siyahının növbəti pillələrində Samsung Galaxy A07 4G və Samsung Galaxy A17 5G yer alıb.

Altıncı sırada iPhone 16 qərarlaşıb. O, Samsung Galaxy A56, Samsung Galaxy A36 və Samsung Galaxy A17 4G modellərini geridə qoyub. Top-10 siyahısını isə Redmi A5 tamamlayır.

Analitiklərin hesablamalarına görə, bu 10 model ümumi qlobal satışların 25%-ni təşkil edib. Bu göstərici isə mobil bazarın tarixində birinci rüb üçün rekord sayılır.