Honest Data tədqiqat şirkəti 2000 ABŞ vətəndaşı arasında hansı şirkətlər insanlara daha çox ziyan verir mövzusunda sorğu keçirib. Belə ki, Facebook insanların ən çox sevmədiyi şirkətlər arasında 2-ci yeri tutub. 27% sorğu iştirakçısı düşünür ki, Facebook insana zərər verir. Mark Zuckerberg-in sosial şəbəkəsi yalnız Marlboro-dan geri qalıb. 43% iştirakçının fikrinə əsasən ən çox zərər verən şirkət Marlboro-dur. Sosial şəbəkələr arasında isə «neqativ» lider Facebook-dur. İkinci ən çox sevilməyən şirkət Twitter olub.
Facebook-un sevilməməyinin başlıca səbəbləri arasında vaxtın çox alması, insanları depressiyaya sürükləməsi, çoxsaylı reklamlar, 75% «fake» xəbərlər və s. göstərilir.