Artıq bu həftə Apple iPhone X üçün öncədən sifarişi qəbul edəcək. Face ID skanerlərinin istehsalı ilə bağlı yaranmış problemlərə görə şirkət iPhone X modelini yetəri sayda bazara çıxara bilməmək problemi ilə üzləşə bilərdi. Bloomberg qeyd edir ki, Apple məcburən istehsalçılara Face ID dəqiqliyini azaltmaq təlimatı verib. Lakin, hətta belə olan halda Face ID skaneri Touch ID-dən daha dəqiqdir.
Apple rəsmiləri isə öz növbələrində Bloomberg-in məlumatını yalan sayıb — şirkət Face ID dəqiqliyini azaltmayıb.