Huawei şirkəti Fransa və digər Avropa ölkələrində Honor 6C Pro smartfonunu təqdim edib.
Cihaz metal korpusda yığılıb və arxa paneldə barmaq izi skaneri ilə təchiz edilib. Honor 6C Pro-nun xüsusiyyətləri: 5.2 düymlük IPS displey (HD, 720×1280), 13 mpxl. əsas və 8 mpxl. ön kamera, Mediatek MT6750 prosessoru, 3 GB RAM / 32 GB daxili yaddaş, 3000 mAh-lik batareya.
İki SIM-kart dəstəyi, LTE, Wi-Fi, Bluetooth 4.1, GPS, USB Type-C mövcuddur. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi ilə çalışır. Cihazın qiyməti Avropada 179 avro təşkil edəcək.