Tesla şirkəti yenidən öz elektromobillərini geri çağırıb. Bu dəfə söhbət 11.000 Model X krossoverindən gedir. Problem isə ikinci sıra oturacaqlarda aşkarlanıb. Düzgün quraşdırılmayan oturacaq altı kabellərə görə qəza zamanı oturacaqlar yerini dəyişirdi. Heç bir elektromobildə belə hal baş verməsə də, şirkət hər ehtimala qarşı maşınları geri çağırıb.
2015-ci ildə təhlükəsizlik kəmərinin nasazlığı səbəbindən 90.000 Model S elektromobili geri çaöırılmışdı. 2016-cı ildə üçüncü sıra oturacaqlarda yaranan problemə görə isə 2700 Model X geri çağırılmışdı.