IHS Markit tədqiqat şirkəti cari ilin ən çox satılan smartfonlarının siyahısını tərtib edib. Belə ki, 2017-ci ilin birinci yarısında ən çox satılan smartfon iPhone 7 olub. İkinci pillədə iPhone 7 Plus, üçüncü yerdə isə gözlənilmədən Samsung Galaxy Grand Prime Plus qərarlaşıb. Qeyd edək ki, bu, əlçatan 5 düymlük (960×540) displeyə malik smartfondur.
Dörd, beş və altıncı yerlərdə müvafiq olaraq iPhone 6S, Galaxy S8 və Galaxy S8 Plus qərarlaşıblar. Müqayisə üçün qeyd edək ki, ötən ilin Samsung Galaxy S7 Edge 4-cü pillədə yer alırdı. Top 10-da Oppi smartfonu da yer alıb.