Check Point Software Technologies mütəxəssisləri CopyCat adlı virusun 14 milyon Android istifadəçisinə hücümu barədə hesabat hazrlayıb. Ən çox zərər çəkən Cənub-Şərqi Asiya bölgəsidir. Qeyd edilir ki, virus Çinli hakerlər tərəfindən tərtib olunub. Troyanın təsirindən digər ölkələrdə də zərər çəkənlərin sayı az deyil. Məsələn, təkcə ABŞ-da 280.000 istifadəçi bu virusla qarşılaşıb.
CopyCat rəsmi olmayan proqram mağazaları və fişinq-hücumlar vasitəsilə yayılır. Check Point qeyd edir ki, CopyCat Google Play-ə keçə bilməyib.