Bir neçə il əvvəl Facebook şirkəti ucqar məntəqələrə internet şəbəkəsini çatdırmaq məqsədilə pilotsuz uçuş aparatı yaratmağa qərar verdi. İlk sınaq güclü külək üzündən uğursuz nəticələndi və dron nəzarət altından çıxaraq qəzaya uğradı. Bir il sonra Facebook mühəndisləri bəxtlərini təkrar sınadılar. Yenilənmiş Aquila dronu may ayında start alaraq havada 1 saat 46 dəqiqə qaldı və uğurlu eniş etdi. Bütün uçuş boyu dronun sistemlərində heç bir nöqsan və ya nasazlıq qeydə alınmadı. Aquila dronunun ilk versiyasında buraxılan səhvləri və nöqsanları nəzərə alan mühəndis heyəti aparatın avtopilotunu təkmilləşdirdi, ona yüzlərlə sensor və enişi təmin edən propellerlər əlavə etdi.
Facebook tərəfindən hazırlanmış Aquila dronunun ikinci sınağı uğurla keçdi
НОВОСТИ ПО ТЕМЕ