Neyroşəbəkələr vasitəsilə Prisma şəkil və videolarda konkret obyektlər üzərində işləməyə imkan yaradan texnologiya tərtib edib.
Seqmentasiya texnologiyası vasitəsilə şəkildə fon və müəyyən obyekti seçərək onları redaktə etmək mümkün olacaq. Məsələn, istifadəçi fonu dəyişdirə bilər, müəyyən yerlərdə tündləşdirə və ya əksinə, işıqlandıra bilər. Fonun yayğın edilməsi də dəstəklənir.
Bundan başqa, yeni texnologiya maskaların itməsi problemini də həll edə bilir, hansına ki, MSQRD və Snapchat tətbiqlərində rast gəlinir. Prisma-nın yeni versiyası Android və iOS istifadəçiləri üçün tezliklə əlçatan olacaq.