Twitter şirkəti yeni, yüngülləşdirilmiş və daha sürətli mobil tətbiq olan Twitter Lite-ı təqdim edib. Tətbiq bir meqabaytdan daha az çəkiyə malikdir və trafikə qənaət rejimi ilə təchiz edilib (şəkilləri üzərinə klik etmədikcə açmır). Şirkətdən bildirilib ki, yeni tətbiq cəmi 5 saniyəyə yüklənəcək və trafikin 70%-nə qənaət edəcək.
Twitter Lite əsas tətbiqdə olan bütün lazımi funksiyalara sahibdir. Yeni tətbiq həm Android, həm də iOS üçün əlçatandır. Yeni sayta bu ünvandan keçid almaq olar: mobile.twitter.com