Ötən ilin əvvəli Netflix eyni anda 130 ölkədə fəaliyyətinə start verdi, lakin, layihənin ən böyük problemi məzmunun qlobal bazara uyğunlaşmasıdır. Buna görə də, Netflix yeni Hermes adlı proqrama start verib.
Bu proqram çərçivəsində istifadəçilərə subtitrlərin tərcüməsi işi təklif olunacaq və buna görə müvafiq ödəniş ediləcək. İlk öncə istifadəçi 90 dəqiqlək sınaq testindən keçməlidir ki, lazımi dil bacarıqlarını nümayiş etdirə bilsin. İmtahanın nəticəsi bir həftə sonra təqdim edilir.
Ödənişin məbləği?
Ödəniş audio yazının hər bir dəqiqəsinə görə və seçilmiş dilə uyğun olaraq aparılır. Məsələn, ispan dilində olan filmlərə subtitrlərin hazırlanması üçün 1 dəqiqəyə 6 dollar ödəniləcək. Yapon dilindən island dilinə tərcümə 27.5 dollar təşkil edir. İngilis dilində olan filmlər üçün rus dilində subtitrlərin hazırlanmasına görə 1 dəqiqəyə 10 dollar ödəniləcək.