CES 2017 sərgisində Samsung Level Box Slim simsiz dinamiki və Image Stamp cib printerini təqdim edib. Simsiz dinamiklərin özəlliyi IPX7 standartlı sudan müdafiənin olmasıdır.
Dinamikin ölçüləri 148,4х79х25,1 mm (təxminən smartfon ölçüsündə) təşkil edir. 2600 mAh-lik batareya dinamikin 30 saat işləməsi üçün yetərlidir. Level Box Slim-i xarici batareya kimi də istifadə edərək smartfonunuzu enerji ilə təmin edə bilərsiz.
Kitab formasında olan Image Stamp cib printeri isə sərgidə daha böyük marağa səbəb olub. Onun köməyi ilə smartfona çəkilmiş şəkilləri NFC və ya Wi-Fi vasitəsilə printerə göndərərək dərhal çap etmək olar. Şəkillər 16:9 ölçüsündə çap edilir və QR-kodun əlavə edilməsi də mümkündür.
Satışa çıxarılma tarixi və qiymətlər hələlik məlum deyil.