Facebook şirkəti insanların sosial şəbəkələr vasitəsilə izlənməsi servisindən istifadə edərək şirkət başçısı Mark Zuckerbergin ofisinə gizlincə daxil olmuş şəxsi tapıb. Bu, Geofeedia adlı servisdir, hansı ki, Facebook tərəfindən sosial şəbəkədə dekativ edilib. Şirkət rəsmiləri bunu istifadəçilərin təhlükəsizliyi üçün etdiyini açıqlamışdı. Lakin, Facebook özü bu servisdən istifadə etmək məcburiyyətində qalıb və ofisə qeyri-qanuni giriş edən şəxsi tapıb. Həmin şəxs ofisə daxil olub müxtəlif şəkillər çəkirdi və onları sosial şəbəkələrə yerləşdirirdi. Təhlükəsizlik xidməti bu barədə xəbər tutdu və Geofeedia-nın köməyi ilə cinayətkarı bir neçə dəqiqə sonra həbs etdi.
Facebook Mark Zuckerbergin ofisinə qeyri-qanuni daxil olmuş şəxsi sosial şəbəkələrdən izləyərək tapıb
НОВОСТИ ПО ТЕМЕ