Bir müddət öncə Instagram Biznes Profili istifadəyə verildi. Adi Instagram hesabından fərqli olaraq Biznes Profili istifadəçiyə paylaşımlarının statistikasını daha detallı görməyə, isstifadəçilərin profil sahibi ilə daha rahat əlaqə qurmasına imkan yaradır.
Instagram Biznes Profilinin üstünlüklərindən biri Instagramda reklamı birbaşa Instagram mobil tətbiqi ilə yarada bilməyinizdir. İndi Instagramda reklam yaratmaq üçün Facebook Reklam Panelinə daxil olmaya bilərsiniz. Instagramdakı paylaşımlarınızın aşağısında solda “View Insights” (Statistikaya bax) və sağda “Promote” (Reklam et) düymələrini görə bilərsiniz.
“Promote” düyməsinə kliklədikdə yeni səhifə açılır. Burada siz “Action Button”, auditoriya, büdcə və vaxtı seçməlisiniz.
İlk olaraq siz “Action Button”, yəni sizin reklamınız aktivləşəndə klikləmək üçün hansı düymənin görünəcəyini seçirsiniz. Burada Instagram sizə 6 seçim verir: “Learn More”, “Watch More”, “Shop Now”, “Book Now”, “Sign Up” və “Contact Us”.
“Action Button”u seçdikdən sonra aşağısındakı xanaya keçid etdirmək istədiyiniz linki yazırsız. Auditoriya seçimi zamanı siz ilk olaraq yaratdığınız auditoriyaya ad qoyursunuz (Name), məkanı seçirsiniz (Location), auditoriyanızın maraq dairəsini seçirsiniz (Interests), yaş (Age) və cins (Gender) seçimi edirsiniz.
Son olaraq da ödəniş vasitəsini daxil etməlisiniz. Əgər sizin Instagram hesabınıza bağlı olan Facebook hesabınızda reklam istifadə etmisinizsə, yəni orda plastik kart məlumatları daxil etmisinizsə, Instagram avtomatik olaraq həmin hesabı sistemə əlavə edir. Əgər yoxdursa, plastik kart məlumatlarını daxil edirsiniz.
Bunları daxil etdikdən sonra sizin reklamınız yayımlanmağa hazır olur. Yuxarı sağ tərəfdəki “quş” işarəsinə klikləməklə reklamı işə salırsınız. Bir neçə dəqiqə (saat da ola bilər) sonra reklamınız aktivləşir və istifadəçilərin telefonunda aşağıdakı kimi çıxır (sizin profilinizin qarşısnda – sağda yuxarıda “Sponsored” yazılır, yəni “Reklam”).
Bundan sonra siz həmin reklama daxil olduqda solda aşağıda olan “View Results” düyməsinə klikləyərək reklamınızın gedişinə nzarət edə bilir, statistikaya baxa bilirsiniz.
Mənbə: orkhanrza.com