Facebook sosial şəbəkəsi Facebook at Work adlı messenceri istifadəçilərə təqdim edib. Bu messencer şirkətin ilk pullu servisi olacaq. Onun köməyi ilə müxtəlif şirkət işçiləri öz aralarında çat qura biləcəklər və şəxsi hesablara ehtiyac qalmayacaq. Şirkət sahibləri isə öz işçilərinin messencerdəki aktivliyinə nəzarət edə biləcəklər.
Messencerdə qeydiyyat keçmək üçün şəxsi hesablara ehtiyac yoxdur. Facebook at Work-un ödənişli olmasının ən böyük səbəbi messencerdə reklamların mövcud olmamasıdır.