spot_img
22 ноября, 2024

Dünyanın gələcəyi

Dünyanın ən böyük texnoloji şirkətlərin başçılarının gözü ilə

Forbes reytinqində yer alan dünyanın ən böyük texnoloji şirkətlərin təsisçiləri və rəhbərləri bir çox iddialı layihələrə yatırım qoyurlar. Onlar kosmosun fəthi, İnternet şəbəkəsinin bütün dünyanı əhatə etməsi, yoxsulluqla mübarizə kimi məsələlərlə maraqlanırlar. Bəzən də onlar gələcəyin necə olacağını, texnologiyaların dünyanı necə dəyişdirəcəyini proqnozlaşdırırlar.

Google təsisçisi Sergey Brin

2013-cü ildə Google yeni layihənin sınağlarına başladı. Project Loon adlı layihənin məqsədi hava şarları vasitəsilə bütün dünya əhalisini yüksəksürətli İnternet ilə təmin etməkdən ibarətdir. Layihə inkişaf etmək ölkələrdə tətbiq olunmağa başladı. 2015-ci ildə şirkət 250 milyon əhalisi olan, lakin bunlardan 100 milyonunun İnternetə çıxışı olmayan İndoneziya üzərində 300 şar havaya qaldırdı.

Project LoonGoogle təsisçisi Sergey Brin əmindir ki, bu texnologiya bütün dünyada tətbiq olunacaq. «Zənnimcə, bu texnologiya əksər ölkələr üçün uyğundur», — deyə, Brin öz fikrini bildirib. MIT Technology Review xəbər verir ki, belə şarlar Google tərəfindən eləcə də Avstraliya, Braziliya və Yeni Zelandiyada havaya qaldırılıb.

İnternet pərakəndəçisi Amazon-un təsisçisi və baş direktoru Ceff Bezos

Amerikanın İnternet pərakəndə satış resursu Amazon-un təsisçisi Ceff Bezos Yer kürəsini xilas etmək üçün bütün ağır sənayeni kosmosa daşımağı təklif edib. Ağır sənaye zavodlarının kosmosda “bir neçə yüz il” ərzində tikilə biləcəyini deyən biznesmen hesab edir ki, planetdən kosmosa ilk növbədə ən çox enerji sərf edən zavodlar köçürülməlidir. Bezos qeyd edir ki, Yer səthindən fərqli olaraq kosmosda Günəş enerjisi fasiləsiz əldə edilə bilər. Yüngül sənaye və yaşayış məntəqələri Yer səthində qalacaq.

bezos_1«Amma bəşəriyyət sadəcə Yer kürəsində qalmayacaq. insanlar Mars planetində də məskunlaşmalıdırlar, çünki bu, əla bir şeydir», — Amazon sahibi belə deyir. Bezos sadəcə danışmaqla kifayətlənmir. Artıq o, Blue Origin şirkətini qurub və 2018-ci ildən etibarən kosmosa turist göndərməyə hazırlaşır.

SpaceX, Tesla Motors şirkətlərinin təsisçisi və baş direktoru İlon Mask

muskAmerikalı biznesmen və ixticaçı İlon Mask 2014-cü ildə bəyan edib ki, onun SpaceX şirkəti Marsı fəth etməyə və orada insanları məskunlaşdırmağa hazırlaşır. The Guardian qəzetinin xəbərinə görə o, ilk missiyanı Marsa artıq 2018-ci ildə göndərməyə hazırlaşır. SpaceX nümayəndəsinin sözlərinə görə, ilk missiyalar Qırmızı planetdəki vəziyyəti araşdırmaq, və əgər Marsda insanın məskən salması mümkün olarsa, ora böyük həcmli yüklər daşımaq üçün nəzərdə tutulmuş pilotsuz uçuşlar olacaq.

musk_12016-cı ilin aprel ayında SpaceX şirkəti bir neçə uğursuz sınaqdan sonra tarixdə ilk dəfə Falcon 9 daşıyıcı raketin okeanda üzən platformaya vertikal enişini həyata keçirməyə nail olub. Raket əvvəlcə Dragon yük gəmisini orbitaya çıxararaq onu Beynəlxalq kosmik stansiyasına doğru göndərdi, daha sonra isə uğurla planformaya endi.

Facebook təsisçisi və baş direktoru Mark Zukerberq

zuckerberg_1Facebook-un havadan İnternet paylama layihəsi Google hava şarlarına rəqib çıxa bilər. Zukerberqin şirkəti planetin əhalisinin ücdə ikisini İnternetə pilotsuz uçuş aparatları vasitəsilə qoşmağı planlaşdırır. Biznesmen deyir ki, həmin pilotsuz aparatlar İnternet siqnalını göydən yerə lazer şüaları ilə endirəcək. «Beləliklə, böyük həcmli verilənləri uzaq məsafələrə ötürmək daha sürətli şəkildə həyata keçiriləcək», — deyə, Facebook başçısı bəyan edib. Lakin Internet.org adı ilə irəli sürülən bu təşəbbüs indidən narazılığa səbəb olub.

Belə ki, 2015-ci ilin may ayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 67 şirkət Zukerberqə etiraz məktubu göndərərək həmin layihəni şəbəkə bitərəfliyini, fikir ifadəetmə azadlığını, bərabər imkan və təhlükəsizlik prinsiplərini, habelə şəxsi həyatın toxunulmazlığını pozan bir təşəbbüs kimi qiymətləndiriblər.

PayPal həmtəsisçisi Piter Til

Thiel-32008-ci ildə PayPal ödəniş sisteminin həmtəsisçisi, Facebook şəbəkəsinin ilk investorlarından biri Piter Til Seasteading İnstitutunun üzən şəhərlər layihəsinə yatırım qoymaq qərarına gəldi. Bir il keçdikdən sonra milyardçı Til artıq gələcək adaları «hər növ siyasətdən uzaq» bir yer kimi qələmə verməyə başladı. «Bəlkə də biz elə səviyyəyə gəlib çatmışıq ki, belə bir layihənin həyata keçməsi iqtisadi baxımdan səmərəlidir və ya çox yaxın bir zamanda səmərəli olacaq» — Piter Tilin bu sözləri Wired jurnalında dərc olunub.

tielDaha sonra isə layihənin nə qədər nəhəng olduğu ortaya çıxmağa başladı. Bunu Til özü də itiraf edərək «liberta utopiyasını» hər halda yaxın gələcəkdə tikə bilməyəcəyini bəyan etdi. Üstəlik, okeanda şəhərsalmanın real qiyməti də layihə tərtibatçılarının düşündüyündən daha bahalı olduğu ortaya çıxdı. Buna baxmayaraq, layihədən imtina edilmədi. Məsələ ilə əlaqədar Til son olaraq qeyd edib ki, «İndi bizə ümumi büdcəsi 50 milyard dollardan çox olmayan bir layihə lazımdır».

Özəl yatırımçı Yuri Milner

Müsahibələrindən birində Yuri Milner deyib ki, «Alfa Sentavr bürcünə bir nəslin ömrü qədər vaxt ərzində uçaraq çatmaq mümkündür». 2016-cı ilin aprel ayında məşhur fizik Stiven Hokinqlə birlikdə Milner Breakthrough Starshot proqramını elan etdi. Proqramın məqsədi uzaq ulduzlara doğru sürəti saatda 160 milyon kilometr, çəkisi isə cəmi bir neçə qram olan kosmik nanoaparat göndərmək idi. Qeyd edək ki, müasir kosmik aparatlar Alfa Sentavr bürcünə 30 min il ərzində çata bilər. Milner ilə Hokinq isə bunu 20 il ərzində etmək niyyətindədirlər. Bir il əvvəl Rusiyalı milyardçı Yer kürəsinin xaricində canlı həyat axtarışlarına 100 milyon dollar ayırıb.

«Ağıllı sivilizasiyalardan» göndərilən siqnalların axtarışına ayrılan vəsaitlər 10 il ərzində təqdim olunacaq, lakin nəticələrin nə vaxt əldə edilə biləcəyi barədə bir söz deyilməyib. Məsələnin gələcəyinə bir qədər aydınlıq gətirən isə Milnerin bu sözləri olub: «Heç bir KPI hesablarımız yoxdur, oturub işləyir, axtarırıq, proqram təminatını yaxşılaşdırmağa çalışırıq, yeni teleskoplar qoşuruq və yenidən axtarışlarımıza davam edirik. 10 il keçdikdən sonra heç bir şey tapa bilməsək, bunu oturub sizinlə müzakirə etdikdən sonra, bəlkə daha bir 10 illik razılaşma imzalayarıq».

Microsoft təsisçisi Bill Geyts

gates2014-cü ildə Microsoft korporasiyasının təsisçisi Bill Geyts olduqca nikbin proqnoz verdi: 2035-ci ildə yoxsul ölkə qalmayacaq. Sözlərini isə bu statistik məlumatla dəstəklədi: ötən əsrin 90-cı illərindən bəri dünyada yoxsulluq həddinin altında yaşayanların sayı iki dəfə azalmış və hətta Afrikada belə ortahesab gəlirlər üçdə iki qədər artıb. Bu, xeyriyyəçiliyə ayrılmış vəsaitlərin həcminin hələ də az olmasına baxmayaraq baş verib. Belə ki, Norvegiya kimi «ən səxavətli» ölkə belə öz büdcəsindən xarici yardıma cəmi 3% ayırır.

bednostGeyts əmin olduğunu bildirib ki, əgər varlıları səxavətli olmağa təşviq etmək mümkün olsa, 2035-ci ildə dünyada, demək olar ki, yoxsul ölkə qalmayacaq (Dünya Bankının verdiyi məlumata əsasən, 2014-cü ildə dünyada yoxsul ölkələrin sayı 35 təşkil edirdi). Bununla belə, milyardçı Geyts etiraf edib ki, bir neçə ölkə, o cümlədən, Şimali Koreya və Qaiti yoxsulluğa qalib gələ bilməyəcək.

Apple korporasiyasının baş müdiri Tim Kuk

cookApple korporasiyasının başçısı Tim Kuk 2015-ci ilin noyabrında Dublində tələbələrin qarşısında çıxış edərkən deyib ki, tezliklə nağd pullara ehtiyac qalmayacaq. Mühazirə oxuyarkən o, deyib: Sizin evladlarınız nağd pulun nə olduğunu bilməyəcəklər».

bitcoin-online-currencyAmma Bunu deyən Kuk məsələyə heç bir aydınlıq gətirməyib. Hər halda, son vaxtlar kriptovalyuta və blokçeyn mövzuları ətrafında gedən geniş müzakirələr qarşıda bizi köklü maliyyə dəyişikliklərin gözlədiyindən xəbər verir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -