MediaTek şirkəti öz yeni 10 nüvəlli prosessoru haqqında ətraflı məlumat verib, hansı ki, gələn il təqdim olunacaq.
Belə ki, MediaTek-in təqdim edəcəyi ən güclü prosessorun daxilində Cortex A73 tipli 4 nüvə (2.8 Ghz), Cortex A53 tipli 4 nüvə (2.2 Ghz) və Cortex A35 tipli 2 nüvə (2 Ghz) mövcud olacaq. Qrafik sürətləndirici kimi 4 nüvəli PowerVR 7XT istifadə olunacaq.
MediaTek Helio X30 40 meqapiksellik kameraları və 24 meqapikselədək video çəkilişi dəstəkləyəcək. 8 GB əməliyyat yaddaşı (RAM), LTE Cat 10 və LTE Cat 12 dəstəyi də mövcud olacaq.
Qeyd edilir ki, MediaTek Helio X30 yeni smartfon və planşetlərdə 2017-ci ilin ikinci yarısında təqdim olunacaq.