YouTube bütün istifadəçiləri üçün smartfon və planşet vasitəsilə canlı yayım aparmaq imkanını yaradacaq. Bu barədə şirkət VidCon konfransında məlumat verib və bildirib ki, yeni servis Perscope, Facebook Live kimi servislərin analoqu olacaq.
YouTube tətbiqinin yeni versiyasında canlı yayımı aktiv etmək üçün xüsusi düymə mövcud olacaq. İstifadəçilər yayım fonuna şəkil yerləşdirə bilər, eləcə də tamaşaçıların şərhlərini cavablandıra biləcəklər. Şirkət təmsilçiləri əmindirlər ki, onların təqdim etdiyi servis çoxsaylı istifadəçilər əldə edəcək və bazarda liderə çevriləcək.