Bloomberg məlumat verir ki, Snapchat mesencerində gündəlik akiv istifadəçi sayı 150 milyona çatıb. Bu göstəriciyə görə tətbiq Twitter mikrobloq servisini geridə qoyub. Dekabrda bu rəqəm 110 milyon təşkil etmişdi. Beləliklə, Snapchat-ı gündəlik istifadə edənlərin sayı 40 milyon artıb.
Bloomberg-in hesablamalarına görə, Twitter-dən gündəlik olaraq 140 milyona qədər insan istifadə edir. Bu göstərici isə Facebook tətbiqləri Instagram, Messenger və WhatsApp-la müqayisədə aşağıdır. Twitter-in təsisçisi Cek Dorsi Snapchat-ı «çox müasir» adandırıb və Twitter-in bu aspektdə problemlərinin çox olduğunu etiraf edərək onların həlli üçün çalışdığını bildirib.