The Wall Street Journal yazır ki, Amazon şirkəti özünün Video Direct adlı video servisini təqdim edib.
Video Direct istifadəçiləri öz videolarını pullu və ya pulsuz baxış üçün servisə yükləyə bilərlər. Pullu videoları premium hesab sahibləri izləyə biləcək, pulsuz çarxlar isə reklam gəlirləri ilə maliyyələşdiriləcəklər.
Pulsuz video yükləyən müəlliflər reklamdan gələn gəlirin 55%-ni əldə edə biləcəklər. Şirkət pullu video müəllifərinə ABŞ-da nümayişin hər 1 saatına görə 0.15 dollar, digər ölkələrdə isə 0.06 dollar məbləğində pul ödəyəcək. Gəlirin yarsını Amazon özəlləşdirəcək.