spot_img
25 ноября, 2024
ДомойТелекомСтатьиKompüter üçün pulsuz proqram təminatı

Kompüter üçün pulsuz proqram təminatı

Bir çox istifadəçi əlavə proqram təminatı barədə əvvəlcədən yox, yalnız yeni kompüteri alıb onu işə salandan sonra düşünməyə başlayırlar. Bəli, yalnız düyməni basıb qarşılarında Windows iş masasını gördükdən sonra onlar dərk etməyə başlayırlar ki, hətta DOC, RAR-arxiv formatlı sadə faylları, ya da multimedia fayllarını açmaq üçün əlavə proqramlar çox yerinə düşərdi. Kompüterin İnternet çıxışı olsa belə, bəzi xam istifadəçilər qanuni pulsuz proqramları tapmaqda çətinlik çəkə bilərlər. Bugün qarşımıza sizə bu məsələdə kömək etmək vəzifəsini qoymuşuq.

Sistemi tənzimləmək və fayllar ilə işləmək üçün proqramlar

Sistem tənzimləmə proqramları, eləcə də fayl və diskləri işə salan proqramlar yeni kompüter üçün labüddür. Bundan əlavə, müxtəlif fayllarla bağlı əməliyyat həyata keçirmək, o cümlədən, onları arxivləşdirmək üçün, həmçinin, CD/DVD disklərinə məlumat yazmaq üçün nəzərdə tutulmuş proqramlar barədə də mütləq düşünmək lazımdır. 

Sistemi Ashampoo WinOptimizer Free proqramı ilə sahmana salırıq

ashampoo

Ashampoo WinOptimizer Free proqramı Windows əməliyyat sistemini təmizləmək və optimallaşdırmaq üçün yaradılıb. Sistemə səmərəli xidmət göstərməklə yanaşı bu proqramın xüsusiyyətləri arasında əməliyyat sisteminin mürxəlif parametrlərini tənzimləyən bir sıra güclü, eyni zamanda istifadəsi asan alət dəsti var. Bu optimallaşdırıcının tərkibində intellektual disk defraqmentatoru, «anti-cəsus» modulu, kontekst menyu meneceri, eləcə də «disk təmizləmə», «reyestr optimallaşdırma», İnternet fəaliyyətin izlərinin silinməsi modulları, ƏS incə tənzimləmə funksiyası və s. var.

Sayt: ashampoo.com

DiskBoss 5.8.16 ilə diskdə boş yerin və faylların uçotu

diskboss

Bu kiçik pulsuz proqram vasitəsilə siz fayl və qovluqları tam nəzarət altında saxlayıb onları idarə edə bilərsiz. Əsas diqqət disk və faylların analizinə, diskdəki boş və istifadə olunmuş yerin müəyyən olunmasına verilib. Bu proqram vasitəsilə hansı proqram və tətbiqlərin çox yer tutduğunu müəyyən etmək, faylları təyinatına görə təsnifləndirmək, faylların dublikatlarını tapmaq olar. Burada həmçinin seçdiyiniz saxlanclardakı məlumatların sinxronlaşdırılması funksiyası da var. Real vaxt rejimində parametrlərin monitorinqi aparılır, qrafik diaqramlar vasitəsilə diskin mündəricatı əyani şəkildə əks olunur.

Sayt: diskboss.com

7-Zip arxivləşdirmə və arxivdən çıxarma proqramı

7-zip

7-Zip arxivatorun cəlbedici cəhətləri ondan ibarətdir ki, onun açıq əsas kodu var və o, pulsuzdur. Buna baxmayaraq, proqram arxivlərlə işləmək üçün mütün lazımi funksiyalara malikdir. Proqram Windows «Bələdçi»sinə, o cümlədən, kontekst menyusuna inteqrasiya olunur, ZIP, RAR (RAR3 daxil olmaqla) axrivatorları dəstəkləyir, eyni zamanda özünün xüsusi 7z-si də mövcuddur. Arxivatorun tərkibinə AES (256 bit) dəstəkli şifrələmə aləti quraşdırılıb. Aparılan testlərin nəticələrinə görə, bu proqramın ZIP-format üçün sıxışdırma qabiliyyəti PKZip/WinZip-ə görə 2-10% artıqdır. Proqram 32 və 64-birlik əməliyyat sistemlərini dəstəkləyir.

Sayt: 7-zip.org

Dördpanelli Q-Dir 6.13 fayl idarəetmə meneceri

Q-Dir3

Proqramın 4 tənzimlənən paneldən ibarət olan orijinal interfeysi var. Bunun sayəsində fayllar ilə aparılan əməliyyatlar daha tez və səmərəli aparılır. Q-Dir arxivlərlə işləyir, müxtəlif tipli faylları fərqli rənglərlə ayırd edir, Drag&Drop funksiyasını dəstəkləyir, mübadilə buferi ilə qarşılıqlı əlaqə yaradır, FTP ilə işləmək üçün şərait yaradır. Menecer eləcə də şəkilləri böyük ikon, miniatür, siyahı və s. kimi təqdim edib onları nəzərdən keçirməyə imkan yaradır. Proqram XLS, CSV, TXT, HTML formatlarına eksport əməliyyatlarını da təmin edir. Bu proqramda həmçinin istənilən qovluğa qısa yoldan keçid istinadını saxlamaq imkanı, eləcə də faylları ilkin baxışdankeçirmə rejimi var. Bu halda dərhal faylların eskizləri yaradılır. Bütün deyilənlərə onu da əlavə etmək lazımdır ki, Q-Dir 6.13 menecerinin olduqca təvazökar sistem tələbləri var.

Sayt: softwareok.com

ISO с CDBurnerXP ilə şəkilləri lazer disklərinə yazırıq

cdburnerxp

CDBurnerXP proqramı CD, DVD, Blu-ray və HD-DVD disklərinə məlumat yazmaq üçün yaradılıb. Proqram vasitəsilə yükləmə, multisessiya, audio diskləri yaradır, İSO şəkillərini hazırlayıb hafizəyə yazırıqTətbiq bütün daşıyıcılarla və əksər IDE-, USB-, Firewire- и SCSI-ötürücülərlə işləyə bilir. Proqramın gözəl xüsusiyyətlərindən biri də odur ki, burada audiodisklər və informasiya daşıyıcı disklər üçün üz qabığını yaradıb çap etmək imkanı var. Arxivləşdirmə əməliyyatı da dəstəklənir.

Sayt: https://cdburnerxp.se

Əlavə alətlər:

CCleaner — diskin və reyestrin təmizlənməsi (piriform.com/ccleaner);

K-Lite Codec Pack — audio və video fayllarının nümayişi üçün tam kodek dəsti (codecguide.com);

Unreal Commander — ikipanelli fayl meneceri (x-diesel.com);

CPUID HWMonitor -ventilyatorların iş rejimi və personal kompüterin hissələrinin temperaturu haqqında məlumat (cpuid.com);

VirtualCloneDrive — ISO-şəkilləri virtual disk formasında təqdim edir (slysoft.com).

İnternetdə işləmək üçün proqramlar və antiviruslar

Qlobal şəbəkədə işləmək həmişə məlumatların bədniyyətli şəxslər tərəfindən oğurlanması riski ilə bağlıdır. Məhz bu səbəbdən İnternetə çıxmadan əvvəl kompüterinizin təhlükəsizliyini təmin edin. Daha dəqiq desək, brandmauzerli etibarlı antiviruz yükləyin. Pulsuz antiviruslardan ehtiyatla istifadə etmək lazımdır. Xüsusilə, əgər istifadəçi həm təcrübəsiz, həm də şagird qədər hər şeyə maraqlı biridirsə. Pulsuz antivirus paketləri ilə yanaşı sizə təqdim etdiyimiz məlumatlara həm də təhlükəsiz fayl yükləmə və populyar fayl ötürmə protokolları (FTP) ilə işləmə alətlərini, eləcə də parol saxlama alətlərini əlavə etdik.

FileZilla

filezilla

Bu FTP-menecerini uzaqda yerləşən saxlanclarla işləmə, FTP serverlərinə fayl yükləmə və fayl endirmə alətləri arasında nümunəvi proqram hesab edə bilərik. Proqramın asanlıqla başa düşülən lokallaşdırılmış, çoxlu tənzimləmə imkanlı və opsiyalı interfeysi var. Burada proksi üzərindən işləmək, faylların yükləmə/endirməsini tamamlamaq, qorumalı qoşulmanı dəstəkləmək, kataloqları ara mbadilə buferində saxlamaq, eləcə də sürəti məcburi qaydada məhdudlaşdırmaq imkanları mövcuddur.

Sayt: filezilla.sourceforge.net

F-Secure Key

f-secure

Məşhur antivirus yaradıcısı F-Secure tərəfindən təqdim olunan bu tətbiq sizin bütün login və parollarınızı toplayıb şifrələyir və sizin istədiyiniz an, istədiyiniz qurğudan girib onlara çata biləcəyiniz yerdə saxlayır. Bunun üçün siz sadəcə bir tək açar-parolu bilməlisiniz. F-Secure Key saytlara giriş formalarını özü dolduracaq, yeni hesab yaratdığınızda sizə ən təhlükəsiz parol formalarını təklif edəcək. Bütün məlumatlarınız Advanced Encryption Standard (AES) blok şifrələmə alqoritminə əsasən təhlükəsiz surətdə birbaşa qurğuların özlərində kodlaşdırılır. İstehsalçının saytında eləcə də Android, iOS və Mac əsasında işləyən qurğular üçün tətbiqlər yerləşdirilib.

Sayt: f-secure.com

Pulsuz Avast! antivirusu

avast

Avast! Antivirusunun unikal Home Network Security mühafizə komponenti var. Sadəcə iki kliklə siz brauzeri zəhlətükən alət panellərindən və plaginlərdən təmizləyə bilərsiz. Seçdiyiniz axtarış sistemini də asanlıqla susmaya görə tənzimləyə bilərsiz. Software Updater vasitəsilə quraşdırdığınız proqramları asanlıqla yeniləyə bilərsiz. Bu, həm mühafizə səviyyəsini yüksəldir, həm də sistemin məhsuldarlığını artırır. Home Network Security aləti ev şəbəkəsinin bütün komponentlərini və ona qoşulan qurğuları qoruma altına alıb «uzaqdan yardım» funksiyasının köməyilə istehsalçının dəstəyini onlayn rejimdə sizin üçün təmin edəcək.

Sayt: avast.ru

Double Driver

Double Driver

Pulsuz Double Driver proqramı sisteminizdə quraşdırılmış bütün drayverlərin ehtiyan surətlərini yaradacaq. Sismet çökərsə və onu yenidən quraşdırmağa ehtiyac yaranarsa bu ehtiyat tədbiri sizi yenidən bütün drayverləri tək-tək axtarıb tapmaq və sonra da sistemə yükləmək əziyyətindən xilas edəcək. Bunun üçün sadəcə proqramı yenidən qurub ehtiyat faylını seçmək kifayət edəcək. Bundan sonra bütün drayverlər sistemə ardıcıl yerləşdiriləcək. Belə qayda xüsusilə İnternetə Wi-Fi üzərindən qoşulduqda əlverişli olur, axı sistemdə bu simsiz modulun drayveri mövcud deyil. Proqram yeni drayverlərin və drayver yeniləmələrinin axtarışı ilə məşğul olmur.

Sayt: boozet.org

Əlavə alətlər:

Comodo Free Internet Security — pulsuz brandmauerli antivirus (comodo.com);

Colasoft Ping Tool — pulsuz, əyani interfeysli şəbəkə pinqləmə servis proqramı (colasoft.com);

Spybot — Search & Destroy — cəsus reklam modulların axtarışı və silinməsi (safer-networking.org);

PClimiter — personal kompüterin istifadəsinə valideyn tərəfindən nəzarət və məhdudiyyət qoyma proqramı (kladcode.com).

Ofis proqramları

Şübhəsiz, sizə əsas məsələləri həll etmək üçün ofis proqramları lazım olacaq. Ofis tətbiqləri arasında sadəcə mətn redaktorları deyil, eləcə də müxtəlif yardımçı proqramlar da mövcuddur.

EssentialPIM

essentialpim

Hər istifadəçinin pasport məlumatlarından tutmuş kontaktlara qədər özünə məxsus şəxsi məlumatları var. Belə məlumatları pulsuz EssentialPIM alətinə — çoxfunksiyalı şəxsi məlumatlar menecerinə etibar edə bilərsiz. Bu menecer təqvim, tapşırıq və vəzifə siyahısı, mülahizə və kontaktlarla işləmək üçün lazımi alətlərə malikdir. Eyni zamanda menecerin mobil qurğularla sinxronlaşdırma funksiyası var.

Sayt: essentialpim.com

LibreOffice 4.4.4

libreoffice

LibreOffice sənəd, cədvəl və təqdimatlarla işləmək üçün əsas tələblərə cavab verən, sərbəst şəkildə yayımlanan populyar ofis alətləri dəstidir. Bu proqram 32- və 64-birlik əməliyyat sistemlərinə uyğundur, onun interfeysi və sorğu məlumatları isə 30-dan artıq dilə çevrilib. Paketə Writer mətn prosessoru daxildir. Həmin prosessor vasitəsilə zəngin şrift tərkibli mürəkkəb mətnlər yaradıb onlara şəkil və cədvəllər əlavə etmək mümkündür. Paketin tərkibində olan ikinci tətbiq isə hesablamalı və qrafikli elektron cədvəllərlə işləmək üçün nəzərdə tutulmuş Calc tətbiqidir. Yəqin ki, tələbələr Math riyaziyyat düsturları redaktoruna və Draw sadə vektor qrafikası redaktoruna da ehtiyac hiss edəcəklər. Təsiredici multimedia təqdimatlarının yaradılması və nümayiş etdirilməsi üçün nəzərdə tutulmuş Impress tətbiqi də, yəqin ki, diqqətlərdən yayınmaz. LibreOffice-də MS Office mühitində yaradılmış sənədlərlə işləməyin mümkün olması əlavə rahatlıq və məmnuniyyət yaradan amildir.

Sayt: libreoffice.org

Atlantis Word Processor 1.6.6.5

atlantiswordprocessor

Sadəcə mətn redaktoruna ehtiyacı olanlara olduqca güclü, pulsuz Atlantis Word Processor proqramını tövsiyə etmək olar. Malik olduğu imkanlara görə bu proqram ofis paketlərinin mətn redaktorlarına tən sayıla bilər. Bu tətbiq ilə DOC və DOCX daxil olmaqla bir çox populyar formatlarda, o cümlədən, mürəkkəb formatlarda sənəd yaratmaq və ya oxumaq mümkündür. Redaktorun geniş mübadilə buferi, sənədləri arxivləşdirmə və şifrələmə imkanları var. Proqramın dəstinə müxtəlif şablon və üslub növləri var. Mətni qəzet sütunları şəklində tərtib etmək, haşıyə yazmaq, axtarış aparmaq və avtomatik dəyişdirmə etmək mümkündür. Əlbəttə, avtokorreksiya və orfoqrafik yoxlama funksiyaları da var. Hər sənəd ayrı səhifədə açılır.

Sayt: atlantiswordprocessor.com

FoxitReader

foxitsoftware

Təəccüblü olsa da, ofis paketləri sənədi PDF formatında sadəcə saxlaya bilir, amma aça bilmir. Amma belə funksionala malik olan tətbiq mövcuddur: pulsuz Foxit Reader tətbiqi. Bu tətbiq populyar Adobe alətindən daha asan və tez işləyir. Bu tətbiqdə bir sıra maraqlı və faydalı imkanları, o cümlədən, sənədlərin ayrı səhifədə açılması, ekranda faylın bir neçə səhifəsini birdən görmək, əlfəcin yaratmaq və redaktə etmək, mətni personal kompüterdə, PDF formatında, ya da İnternetdə axtarmaq, nəhayət mətni səsləndirmək imkanları var. Məhsul təhlükəsizlik sistemini hədəf alan təhlükələrdən qorunur.

Sayt: foxitsoftware.com

Əlavə alətlər:

OxygenOffice Professional — ofis paketi (oxygenofficepro.com);

AbiWord 2.8.6 — mətn prosessoru (abisource.com);

Lingoes 2.9.2 — ani kontekst mətnli tərcümə (lingoes.net);

PhraseExpress — mübadilə buferi imkanlarının genişləndirilməsi (phraseexpress.com);

Viper — sənədin plagiat olub olmadığının yoxlanılması (həmçinin Şəbəkədə) (scanmyessay.com).

Multimedia ilə iş proqramları

Foto-, video- və audiofayllarla işləmək üçün ayrıca proqramlar tələb olunur. İri professional proqramların yerinə biz sizə asan və rahat, həm də pulsuz tətbiqlər təklif edirik.

Inkscape

inkscape

Bir çox pulsuz redaktor proqramlarının arasında vektor qrafikası üçün nəzərdə tutulmuş alətlərin sayı elə də çox deyil. Bunlardan ən funksional və ən rahat tətbiq Inkscape sayıla bilər. Bu redaktor həm texniki və bədii rəsmlər, həm də layihələndirmə üçün nəzərdə tutulub. Inkscape bir çox qabaqcıl SVG funksiyaları, o cümlədən, alfa-qarışdırma, marker, klon və s. kimi funksiyaları dəstəkləyir. SVG açıq formatı animasiya rəsmləri yaratmağa imkan verir. Proqramın həm də düşünülmüş rahat interfeysi var. Proqramla qısa tanışlıqdan sonra siz loqotip, vizit kartı, plakat, sənədlər üçün müxtəlif rəsmlər, sxemlər, qrafiklər, maketlər hazırlaya biləcəksiniz. Burada eləcə də PNG, BMP, ICO, PDF, SVG və digər formatlara import və eksport etmək imkanı var.

Sayt: inkscape.org

XnView

xnview

Pulsuz XnView proqramı həm vyuver, həm kataloq düzənləyicisi, həm redaktor, həm də pleyer kimi çıxış edir. Tez redaktəetmə funksiyalarının arasında kəsmə, rəsmin/tablonun ölçülərinin, habelə yazıların dəyişdirilməsi və s. var. Bütün bu əməliyyatları paket rejimində tətbiq etmək olar. Vyuver güclü naviqasiya və fayl ilə işləmə imkanlarına, o cümlədən, ilkin baxış funksiyasına və paket alətlərinə malikdir. Proqram həmçinin skaner dəstəklidir.

Sayt: xnview.com

 

Audacity 2.0.6 ilə musiqinin sürətli emalı

Audacity kiçik universal audioredaktor kimi işinizə çox yarayacaq. Bu tətbiqin əsas üstünlüyü musiqi səsyazmalarının tez montajı və emalıdır. Tətbiq WAV, MP3, OGG və sair populyar formatlara uyğundur. Bu tətbiqdən istifadə edib mahnının bir parçasını kəsib ona başqa mahnının fraqmentini əlavə etmək, araya pauzalar qoymaq olar. Belə funksiya sizə, məsələn, radiodan yazılmış fasiləsiz musiqi axınından mahnıları ayırmaq üçün faydalı ola bilər. Yox, əgər siz əksinə, bir neçə musiqi parçasını ardıcıl birləşdirmək istəyirsinizsə, onda calaq funksiyası ilə bir musiqi parçasından digərinə hamar bir keçid yarada bilərsiz. Eyni zamanda Audacity tətbiqində çox sayda filtr var. Bunların arasında hamarlaşdırıcı filtr (Click/Pop Filter) və səs-küyü aradan qaldırma funksiyası var. Proqramda bas səsləri gücləndirmək, əks-səda effekti əlavə etmək və daha bir çox şey etmək olar. Bunların arasında müxtəlif keyfiyyətli səs zolaqlarının birləşdirmə imkanı da mövcuddur.

Sayt: sourceforge.net/projects/audacity

 

Avidemux 2.6.8 v2

avidemux

Videoyazmaların montajı və emalı üçün Avidemux proqramını tövsiyyə edirik. Bu tətbiqin köməyi ilə surətçıxarma, fraqment əlavəetmə, ya da silmə, kadr ölçüsünün dəyişdirilməsi, faylın bir neçə hissəyə bölünməsi kimi əməliyyatları həyata keçirmək olar. İkinci səs zolağının əlavə edilməsi, bir formatdan digərinə konvertasiya, görünüş və səs üçün müxtəlif filtrlər də bu tətbiqin xüsusiyyətlərindəndir. Bir neçə mobil qurğuya sahib olanlar üçün istehsalçılar videomaterialı müxtəlif qurğulara uyğunlaşdıran kod şablonlarını nəzərdə tutublar. Quraşdırılmış kalkulyator vasitəsilə kodlaşdırmanın optimal parametrlərini hesablamaq olar. Maraqlıdır ki, montaj tapşırıqları layihələr vasitəsilə avtomatlaşdırılıb növbəyə yerləşdirilə bilər. Avidemux tətbiqi x264, Xvid, LAME, TwoLAME, Aften və digər kodeklərlə birlikdə təqdim olunur. Bununla da tələb olunan proqram təminatını axtarmağa ehtiyac qalmır.

Sayt: avidemux.sourceforge.net

Təlim və əyləncə üçün pulsuz proqram təminatı

Kitablar və təlim proqramları müasir kompüter, planşet, ya da smartfonun ayrılmaz atributudur. Xüsusi tətbiqlər vasitəsilə lazımi elektron ədəbiyyatı toplayıb onu idarə etmək, onlayn xidmətlər vasitəsilə isə təlim prosesini əyləncə ilə birləşdirmək olar.

GeoGebra

geogebra

Bu pulsuz proqram özündə bir neçə təlim fənnini, o cümlədən, həndəsə, cəbr və matematik analizi birləşdirir. Həndəsə bölməsində siz nöqtə, vektor, kəsik, düz xətt, çoxbucaqlı və konusşəkilli fiqurlar yaratmaq, habelə funksiya yaradıb onların dinamik dəyişmələri üçün rahat alətlər tapacaqsınız.Cəbr bölməsi sizə dəyişən rəqəm, törəmə kəmmiyyət, habelə inteqrallarla bağlı hər cür köməklik göstərəcək, matematik analiz isə müxtəlif formulalarla işləmək üçün bütün lazımi tərkibi hissələri təmin edəcək.

Sayt: geogebra.org

Calibre

Calibre

Calibre proqramını kitab meneceri kimi istifadə etmək olduqca rahatdır. Hətta sizin eyni kitabın müxtəlif formatlı versiyaları olsa belə, onlar kataloqda tək kitab kimi göstəriləcək. Bu alət vasitəsilə kitabları müxtəlif meyarlara görə, məsələn, müəllifin adına görə və ya nəşr olunduğu tarixə görə təsnifləndirə, ya da axtara bilər. Proqram teq, şərh və icmalları da dəstəkləyir. Əlavə olunan yeni kitablar Calibre tərəfindən avtomatik olaraq rahat iyerarxik qovluq strukturunda tənzimlənir. Proqramın başqa bir üstün cəhəti də kitabların İnternetdə üz qapağına, kitabın, ya da müəllifin adına, habelə İSBN-ə görə axtarışıdır. Axtarış sistemi plaginlər vasitəsilə genişləndirilə bilər. Proqramın güclü konverteri var.

Sayt: calibre-ebook.com/about

СodeСombat ilə həm oynayırıq, həm proqramlaşdırırıq

codecombat

Code Combat onlayn xidməti oyun çərçivəsində Phyton, JavaScript və digər proqramlaşdırma dillərdə proqramlaşdırma təlimindən keçməyi təklif edir. Təlim prosesi RPG janrında onlayn oyunun içinə quraşdırılıb. Oyunu oynadıqca sizə proqramlaşdırma dilinin əsasları tədris olunacaq. Vəzifəniz müxtəlif tapşırıqları yerinə yetirən təcrübəsiz sehirbazı idarə etməkdir. Ovsunlar isə seçdiyiniz proqramlaşdırma dilinin müxtəlif komandalarıdır. Komandaları yığmaq olduqca asandır, çünki komanda sətrində misallarla yanaşı gözünüzün önünə xəlvəti sözlər çıxacaq. Təcrübə qazanmış oyunçulara multipleyer rejimi təqdim olunur. Bu rejimdə real rəqiblə yarışmaq olar. Servis həm də özünün səviyyə redaktoru funksiyasını təqdim edir. Həmin redaktordan istifadə edərək oyunu təkmilləşdirmək olar.

Sayt: codecombat.com

Celestia

Celestia

Bu kiçik pulsuz astronomiya proqramı kosmosa virtual səyahət təşkil etməyə və süni peyklərdən tutmuş qalaktikalara qədər Kainatın müxtəlif obyektləri ilə üç ölçülü formatda və müfəssəl şəkildə tanış olmaq imkanı yaradır. İstifadəçi gözəl mənzərələrdən sanki həqiqətən orada mövcud olubmuş kimi böyük həzz alacaq. Maraqlıdır ki, tətbiqin xüsusi imkanları ilə virtual planetariyə yeni obyektlər əlavə etmək olar.

Sayt: shatters.net/celestia

Əlavə alətlər:

Rapid Typing — onbarmaqlı mətnyığma üsulu üzrə klaviatura trenajoru (rapidtyping.com)

rapidtyping

«Kompüter taymeri» — kompüter arxasında keçirilən vaxtın ölçülməsi və ixtisar olunması (computer-timer.ru)

timer

Algodoo — fiziki proseslərin oyun mühitində modelləşdirilməsi (algodoo.com)

algodoo

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -