spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияŞagirdlər informatika üzrə “Bebras” müsabiqəsində güclərini sınayacaq

Şagirdlər informatika üzrə “Bebras” müsabiqəsində güclərini sınayacaq

Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi çərçivəsində “Bebras” Həftəsi bu il 5-11 noyabr tarixlərində keçiriləcək. Müsabiqədə iştirak ödənişsizdir və maraqlanan məktəblər http://www.bebras.az veb-saytında qeydiyyatdan keçməyə dəvət olunur.

Bebras

Beynəlxalq “Bebras” müsabiqəsi (“Bebras” International Contest on Informatics and Computational Thinking) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı şagirdlər 40 dəqiqə ərzində 15 suala cavab verir.

Azərbaycan məktəbliləri Beynəlxalq “Bebras” Həftəsində ilk dəfə 2014-cü ilin dekabrında iştirak ediblər. Ölkəmiz bu yarışa Bakı, İsmayıllı, Laçın, Lerik, Mingəçevir və Sumqayıtdan olmaqla 82 məktəb və 4 184 şagirdlə qoşulmuşdu. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqədə 109 nəfər final mərhələsinə keçmişdi. 2 may 2015-ci ildə ADA Universitetində keçirilmiş final mərhələsində ən yüksək nəticə göstərmiş 20 şagird müxtəlif hədiyyələrlə mukafatlandırılmişdı.

Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyev deyir: “2014-cü ilə nisbətən bəzi prosedurlar bu il daha da təkmilləşib, daha çox bölgənin və şagirdin iştirakına ümid edirik. Hazırda iştirak üçün qeydiyyat prosesi davam etməkdədir və artıq bir neçə yeni bölgə məktəbi müsabiqəyə qoşulub”. Müsabiqədə iştirak etmək üçün maraqlanan məktəblər http://www.bebras.az veb-saytı vasitəsilə qeydiyyatdan keçə bilər.

Başlanğıcı 2004-cü ildə qoyulmuş “Bebras” müsabiqəsi hazırda dünyanın 30-dan artıq ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiya, ABŞ-da keçirilir. Beynəlxalq “Bebras” müsabiqəsi Avropa regionunun infromatika üzrə təhsil və tədqiqat mərkəzlərini bir araya gətirən “İnformatics Europe” təşkilatının 2015-ci il Təhsildə Ən Yaxşı Təcrübə Mükafatına (Best Practices in Education Award http://www.informatics-europe.org/services/education-award.html) layiq görülüb. Daha geniş məlumatı müsabiqənin veb-saytından əldə etmək olar: http://www.beberas.org/

ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytı: http://www.acm.org/

Azərbaycan ACM Bölməsi Qafqazda ilk və yeganə peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Veb-saytımız: http://azerbaijan.acm.org/

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -