Microsoft şirkəti ən iri Nokia fabrikalarından birinin bağlanacağı barədə məlumat verib. Bu fabrika Amerikan şirkətinin mülkiyyətinə Finlandiyalı telefon istehsalçısı ilə imzaladığı alqı-satqı sazişindən sonra keçmişdi. Bağlanan fabrika Finlandiyanın Cənub hissəsindəki Salo şəhərində yerləşir və indiyədək Nokia və Microsoft markaları altında mobil qurğuların istehsalı ilə məşğul olub.
Nokia-nın doğma ölkəsində Espoo və Tampere şəhərlərində yerləşən digər iki fabrika isə, Microsoft-un sözlərinə görə, işinə adi rejimdə davam edəcəkSalo fabrikasının bağlanması 2015-ci ilin iyul ayında Microsoft şirkətinin elan etdiyi və dünya üzrə 7800 iş yerinin ixtisar olunmasını nəzərdə tutduğu planın bir hissəsidir. Qeyd edək ki, ixtisara düşən işçilərin əksəriyyəti korporasiyaya Nokia-dan keçiblər. Microsoft-un son bəyanatına görə, Salo fabrikasının bağlanması ilə Finlandiyada 2300 iş yeri ixtisar olunacaq.