Xiaomi elektrik avtomobillərini Çin bazarından kənara çıxarmağa hazırlaşır. Şirkət 2027-ci ildən etibarən Avropada, o cümlədən Almaniyada elektromobillərinin satışına başlayacağını rəsmən təsdiqləyib. Xiaomi artıq IFA 2026 sərgisində Almaniyanın səkkiz böyük diler qrupu ilə əməkdaşlıq müqavilələri imzalayıb.
Şirkətin ilk avropalı tərəfdaşları arasında Ernst Dello, Autohaus Dinnebier, Emil Frey Germany, Fett & Wirtz, Hahn Automobile, LUEG Mobility, Penske-Jacobs Innovation və SPT Avior yer alıb. Xiaomi bununla ilk avtomobillər satışa çıxarılmamışdan əvvəl Avropada satış və servis şəbəkəsi qurmağı planlaşdırır.
Şirkət Avropa bazarına Çindəki uğurlu nəticələrlə gəlir. 2024-cü ilin martından etibarən Xiaomi 700 mindən çox elektromobil təhvil verib. SU7 sedanının istehsal və satış həcmi 28,5 ay ərzində 500 min avtomobili keçib. YU7 krossoverinə isə satışların başlanmasından cəmi 18 saat sonra 240 mindən çox sifariş verilib.
Xiaomi artıq Münhendə də öz mərkəzini açıb. Şirkət Avropada həm ənənəvi yerli avtomobil istehsalçıları, həm də bazarda mövqelərini gücləndirən digər Çin markaları ilə rəqabət aparmalı olacaq.









