Porsche-nin yeni baş direktoru Mixael Layters şirkətin elektrikləşmə strategiyası ilə bağlı əsas planları açıqlayıb. Ən diqqətçəkən məqam isə elektrik mühərrikli Porsche 718 layihəsinin ləğv edilməyəcəyi və modelin istehsala çıxarılacağıdır.
Laytersin sözlərinə görə, şirkət bu layihəni iqtisadi baxımdan ən sərfəli variantlardan biri hesab etdiyi üçün davam etdirmək qərarına gəlib.
Porsche rəhbəri həmçinin Taycan modelinin istehsalının dayandırılmayacağını bildirib. Bunun əvəzinə şirkət modelin modifikasiya sayını azaltmağı və bazardakı tələbi izləməyi planlaşdırır.
Porsche Avropadakı ekoloji tələblərin yumşaldılmasını da dəstəkləməyə davam edir. Şirkət sintetik yanacağın istifadəsinə müsbət yanaşır və elektromobillərə keçidin əvvəl gözlənildiyindən daha yavaş getdiyini hesab edir.








