spot_img
1 июля, 2026
ДомойAI / MLGoogle-un yeni AI modelləri ilə şəkil yaratmaq cəmi 4 saniyə çəkəcək

Google-un yeni AI modelləri ilə şəkil yaratmaq cəmi 4 saniyə çəkəcək

Google süni intellekt sahəsində növbəti yeniliyini təqdim edib. Şirkət media məzmununun hazırlanması üçün eyni anda iki yeni modelini istifadəyə verib. Nano Banana 2 Lite şəkillərin sürətli generasiyası üçün hazırlanıb, Gemini Omni Flash isə mətn əmrləri ilə video yaratmaq və redaktə etmək imkanına malikdir.

Yeni Nano Banana 2 Lite Google-un Gemini Image ailəsində ən sürətli və ən əlçatan model hesab olunur. Şirkətin məlumatına görə, model bir şəkli təxminən 4 saniyəyə yaradır, 1000 şəkil generasiyasının dəyəri isə cəmi 0,034 dollartəşkil edir. Google bildirir ki, model istifadəçi sorğularını daha dəqiq yerinə yetirir, personajların görünüşünü ardıcıl şəkildə qoruyur və şəkillərdə mətnləri daha düzgün yaradır. Şirkət istifadəçilərə əvvəlki Nano Banana modelini məhz bu versiya ilə əvəz etməyi tövsiyə edir.

İkinci yenilik olan Gemini Omni Flash videoların yaradılması və redaktəsi üçün nəzərdə tutulub. Model mətn təsvirləri əsasında video hazırlaya, həmçinin istifadəçi ilə dialoq şəklində ünsiyyət quraraq videoya mərhələli dəyişikliklər edə bilir. O, eyni anda mətn, şəkil və video ilə işləməyi dəstəkləyir. Məsələn, istifadəçi sadəcə bir şəkil yükləyərək onu qısa animasiyalı videoya çevirə bilər. Hazırda model maksimum 10 saniyəlik video yaradır və xidmətin qiyməti hər saniyə üçün 0,10 dollar təşkil edir.

Google hər iki modeldən birlikdə istifadə etməyi tövsiyə edir. Bu ssenaridə əvvəlcə Nano Banana 2 Lite şəkil hazırlayır, daha sonra isə Gemini Omni Flash həmin şəkli animasiyalı videoya çevirir. Bundan əlavə, Interactions API vasitəsilə sessiyanın kontekstini saxlamaq və nəticəni sıfırdan başlamadan ardıcıl olaraq üç dəfə təkmilləşdirmək mümkündür.

Şirkət həmçinin vurğulayır ki, hər iki model SynthID texnologiyasından istifadə edir. Bu texnologiya süni intellekt tərəfindən yaradılan və ya redaktə olunan məzmuna görünməyən rəqəmsal nişan əlavə edir. Belə nişanların mövcudluğunu Gemini tətbiqi, Chrome brauzeri və Google Axtarış vasitəsilə yoxlamaq mümkündür. Google hesab edir ki, bu yanaşma generativ süni intellektdən istifadənin daha şəffaf olmasına və AI ilə hazırlanmış məzmunun asanlıqla müəyyən edilməsinə kömək edəcək.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,754ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -